Yüksək peşəkarlığı, işgüzarlığı, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan, ehtiyatda olan polkovnik- leytenant Seymur Arif oğlu Şahmuradov 09 may 1981-ci ildə Goranboy rayonunun Tap qaraqoyunlu kəndində zəhmətkeş bir ailədə anadan olub.

 1996-cı ildə Goranboy rayonunun Tap qarqoyunlu kənd orta məktəbi,1999-cu ildə Cəmşid Naxcıvanski adına hərbi liseyi,2003-cü ildə isə Heydər Əliyev adına ali hərbi məktəbi və Daxili Qosunların Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzini bitirib,O daxili qoşunlarda xidmət etdiyi illər ərzində ölkəmizdə və bir sıra xarici ölkələrdə ixtisasartma kurslarında olub 

2004-2020-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Sumqayıt şəhərində, Nərimanov, Bərdə , Quba, Lənkəran və Cəlilabad rayonlarında yerləşən hərbi hissələrdə və ayrıca yerləşən əməliyyat taborunda taqım komandiri, xüsusi təyinatlı dəstə komandiri, xüsusi vasitələrin tətbiqi dəstənin komandiri və ayrıca yerləşən əməliyyat taborunun komandiri vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib 

Seymur Şahmuradov öz xidməti vəzifələrini, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə bir sıra döş və yubiley nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:

“ Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;


“Qüsursuz xidmətə görə” 1-ci (ali) , 2-ci və 3-cü dərəcəli medallarlar ilə- Silahlı Qüvvələrdə 10, 15 və 20 il qüsursuz xidmətə görə;


“ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) və 95 illiyi (1918-2013)” yubiley medalları ilə.

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev