Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-oba əziz tutulmuşdur. Hətta el arasında müdrüik adamları loğmanla müqayisə edirlər.Həkim adını daşımaq nə qədər məsuliyyətli olsada bir o qədər də şərəflidir. Xalqımın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatın etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların etimadını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir.

 Şərəfli ömür yolu kecmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş və qayğıkeş həkim kiçikdən-böyüyə onu tanıyanların hər birinin rəğbətini qazanmış, dürüst, vətənpərvər, gözəl insan və əlləri qızıl olan – ehtiyatda

 olan tibb xidməti mayoru Cəfərova Nigar Cavad qızının mart ayının 12- də dünyaya göz acdığı xoş bir gündür.

Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların həyatında tibb xidməti sahəsində öz dəst -xətti olan, daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan-ehtiyatda olan tibb xidməti mayoru Nigar Cavad qızı Cəfərovanı doğum günü münasibətilə doğmaları , əzizləri və yaxınları təbrik edir və xoş arzularını bildirdilər.

Biz də Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), Nigar Cəfərovanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edirlər. Nigar həkim yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Yüksək peşəkarlığı ,dərin zəkası,gözəl nitq qabiliyyəti,

prinsiplərinə sadəliyi,təvazökarlığı, səmərəli fəaliyyəti, iradı, mənəvi keyfuyyəti və səmiyyəti ilə seçilən,həmişə müasir müalicə üsullarına can atan həkim- tibb xidməti mayoru Cəfərova Nigar Cavad qızı 1974-cü ilin mart ayının 12 -də Rusiya Sovet Federativ Sosialist Respublikasının Astraxan şəhərində zəhmətkeş bir ailədə anadan olub.

1991- ci ildə Lnkaran rayonda orta məktəbi,1997-cü ildə isə Azərbaycan Dövlət Tibb İnstitunu bitrib. Nigar xanım dəfələrlə Lənkaran rayonunda və Bakı şəhərində aparıcı tibb müəssisələrində, elmi təcrübə kurslarda, konfrans və konqreslərdə fəal iştirak edib.Həkimlərin təhkimləşdirmə institutunda ixtisasartırma kurslarında olub.   

Ətrafındakı insanların rağəbətini və ehtiramını qazanan, mənəvi baxlmdan ən döğru dürüst olan ali dərəcəli həkim 1998-2007-cü illərdə Lənkaran Mərkəzi Xəstəxanasında həkim -terapevt vəzifəsində işləyib.

 2007-2024-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin tibb xidmətində hərbi həkim komisiyasının terapevt həkimi vəzifəsində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.

Hərbi və həkim yoldaşları Nigar həkimi vətənpərvər,qayğıkeş,mehriban,sadə, tevözkar, intellektual səviyyəli, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum- əqraba arasında özünə böyük hörmət qazanıb.

Əqidəsinə, amalına sadiq, sözübütöv, mərd insan olan Nigar xanım Daxili Qoşunların Baş İdarəsinin tibb xidmətində xtdmət etdiyi illər ərzində, qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Bazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Nigar həkim bir çox hərbi qulluqculara (həkimlərə),Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi şəxsi nümunə olmuşdur. Hippaokrat andı icən Nigar həkim o, anda sona qədər sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəeqləndiyinə, həmçinin hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə, əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:

1.”Qüsursuz xidmətə görə” 2-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

2.”Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim illi xidmətə görə;

3.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918 - 2013)” yubiley medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN NİGAR HƏKIM!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Respibilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev