Peşəkarlığı, humanistliyi, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, sadəliyi, insanpərvərliyi və səmimiyyəti   ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş, ehtiyatda olan kapitan Yoldaşov İlkin Allahyar oğlunun avqust ayının 1 - də   dünya göz açdığı xoş bir gündür.

 

Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan,  ehtiyatda olan  kapitan İlkin Yoldaşovu belə bir əlamətdar gün münasibətilə  Daxili İşlər Nazirliyiinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınlarıvə iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edirlər. İlkin hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz   isə  sizi istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.


Kapitan Yoldaşov İlkin Allahyar oğlu  1984-cü ilin  avqust ayının  1 -də Azərbaycan Respublikasının  Lerik rayonunun Şivlə kəndində müəllim  ailəsində

 anadan olub.


2001 - ci ildə Lerik rayonun Şivlə kənd   tam orta məktəbi,  2010 - cu ildə  isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin orta ixtisas   hərbi məktəbini  bitrib.


Kapitan İlkin Yoldaşov 2002-2004-cü illərdə Naxcıvam Muxtar Respubilkasının Əlahiddə Ümümqoşun Ordusunda müddətli həqqiqi hərbi xidmətdə olub. 


2005-2018 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Lənkaran,   Xəzər,Hacqabul və Quba rayonlarında, Gəncə və Şirvan şəhərlərində  yerləşən hərbi hissələrində və ayrıca yerləşən əməliyyat taborunda,kərgüzar- məsul icraçı, kursant,   taqım komandiri,  böluk  komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri əvəzi, kimya və mühəndis xidmətində zabit, kəşfiyyat bölməsində zabit, kimya  və mühəndis xidmətinin i rəisi   vəzifələrində Millətə, vətənə  və xalqa  sədaqətlə xidmət  edib.”Hərbi xidmətkecmə haqqında” əsasnamənin 156 -cı madəsinin v) bəndinə əsasən (xəstəliyə görə)- Silahlı Qüvvələrədən ehtiyata buraxlıb.


Kapitan İlkin Allahyar oğlu Yoldaşov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara səxsi  nümunə olmuşdur..


O, Daxili Qoşunların  Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarda,xüsusi- taktiki təlimlərdə, müvafiq ixtisas artırma  kurslarda, nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.

 

  Kapitan İlkin Allahyar  oğlu Yolsaşov Qanunvericiliklə müəyyən edilmiş qaydada   DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,

şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında,  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, orta ixtisas

 hərbi məktəb rəisinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə əlaçı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə,

döyüşlər və xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və  öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə  kapitan Yoldaşov İlkin Allahyar oğlu aşağıdakı medallarla təltif olunub:


1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008 )”  yubiley medalı ilə;


2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95- illiyi (1918 -2013)” yubiley  medalı ilə;


3."Qüsursuz  xidmətə görə" 3 -cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  10 təqvim ili  xidmətə görə;


4."Qüsursuz xidmətə görə" 2-ci  dərəcəli medal  ilə

 - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;



Hərbi yoldaşları  İlkin Yoldaşovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  İLKİN.


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

  

Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev