Peşəkarlığı, hümanistliyi, dəqiqliyi,iradi, təmkinliyi, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə  seçilən, ehtiyatda olan mayor Ramin Hacıyevin avqust ayının  1 -də dünya göz açdığı xoş bir gündür.

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan mayor Ramin Hacıyevin  avqust ayının 1-də  46 yaşının tamam olması münasibətilə Daxili İşlər Nazirliyiinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Ramin qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günüZ isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.


Mayor Hacıyev Ramin Mehman oğlu   1980 - ci ilin  avqust ayının  1 – də Azərbaycan Respubilkasının Oğuz rayonunda zəhmətkeş bir ailədə anadan olub.

1997 -ci ildə Oğuz rayonun 1 nömrəli tam orta məktəbi, 2001-ci illdə  Azərbaycan Dövlət Pedoqoji Universitetini, 2003-cü ildə isə Daxili İşlər Nazirliy Daxili Qoşunların Bas İdarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzində zabit heyətinin t təhkimıəşdirmə kursnu, 2005-ci ildə isə Türkiyə Jandarma Qüvvələrinin Ankara şəhərində (Bəytəpədə ) yerləşən hərbi məktəbdə zabit heyətinin ixtisasartırma kursunu bitrib.O, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində   keçiriən bir çox təlim- metodiki- toplanışlarda, xüsusi -taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib. 

 Mayor Ramin Hacıyev 2001-2002-ci illərdə E.Abdullayev adına Oğuz rayon tam orta məktəbdə hərbi müəllim işləyib.

2002- 2016 -ci illərdə Din-Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində, Qazax ,Hacıqabul və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində və hərbi hospitalda taqım komandiri, xidmət rəisinin köməkcisi, xidmət rəisi, Daxili Qoşunların Baş İdarəsinin Maddi -Texniki Təminat İdarəsinin mənzil -istismar xidmətində isə zabit vəzifələrində Millətə, vətənə və xalqa sədaqətlə xidmət edib.”Hərbi xidmətkecmə haqqında” qanunun 156 -cı madəsinin v) bəndinə əsasən (xəstəliyinə görə) Silahlı Qüvvələrdən ehtiyata buraxlıb. 

 O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən mayor Ramin Hacıyev layiqincə gəlmişdir. 

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanılmasında, respublikada əmin amanlığın təmin edilməsində, dövlət əhəmiyyətli obyektlərin, inzibatı binaların və hərbi təchizat anbarların mühafizə olunmasında, ictimai təhlükəsizliyin qorunmasnda,cinayətkarlığa qarşı mübarizədə, öz xidməti vəzifələrini  yerinə yetirərkən fəriqləndiyinə görə   Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları  ilə təltif olunub, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medellarla təltif edlib:

1. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

2. “Azərbaycan Reslubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;

3.“Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

RAMİN 45 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN !!!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev