Ömrünün önəmli bir hissəsini Daxili İşlər Nazirliyi Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində  döyüş hazırlığı və Silah xidməti  işinə həsr etmiş, Azərbaycan Respublikasının müharibə veteranı, istefada olan mayor İlqar Abdülüsüm oğlu  Orucovun avqust ayının 1- də dünya göz açdığı xoş bir gündür.


 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı, istefada olan mayor  Orucov İlqar  Abdülüsüm oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları,iş və döyüşcü yoldaşları  səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət  olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edirlər. İlqar yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

    

Mayor Orucov İlqar Abdülüsüm oğlu 1963 - cü ilin  avqust ayının 1-də Qərbi Azərbaycanın  Basarkeçər rayonunun  Mərzə kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Orucov İlqarın  qardaşı  Əmrah   1993 -cü ilin  yanvar ayının 25- də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.

 1980- ci ildə  Qərbi Azərbaycanın Basakeçər rayonun Məzrə kənd orta məktəbini,  1986 -cı ildə  Azərbaycan Politexnik İnstitutunu, 2000 -ci ildə isə Müdafiə Nazirliyin Qaraheybətdə yerləşən zabit heyətinin təhkimləşdirmə ( taborun qərargah rəisi vəzifəsi üzrə ) kursunu bitrib .O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən   bir çox metodiki-  təlim toplanışlarda,  xüsusi- taktiki təlimlərdə, komanda- qərargah məşqlərində , müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak etmişdir.

 1992- 1993-cü illərdə Azərbaycan Ordusunun tərkibində taqım komandiri vəzifəsində   Qazax, Tovuz  və digər rayonların ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə Azərbaycan Respublikasının müharibə veteranıdır. 

1994- 2009 - cü illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin  Gəncə şəhərində yerləşən hərbi hissəsində (alayda)  taqım komandiri,  döyüş hazırlığı bölməsındə zabit, döyüş hazırlığı bölməsının rəis əvəzi  və Silah xidmət rəisi  vəzifələrində Millətə, vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.

2009- 2013- cü illərdə  Daxili İşlər Nazirliyi  Təmir-Tikinti İdarəsinin müvafiq şirkətində mühəndis vəzifəsində işləyib.  2014- cü ildən etibarən isə  Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə müəllim vəzifəsində çalışır.

  İlqar Orucov yüksək peşəkarlığı , dərin zəkası, gözəl nitqi qabiliyyəti, sadəliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə seçilən ömrünün ən  məhsuldar dövrünün 24 - ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə  keçirib.

 O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , yaşayış məntəqələrində kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərdə,yaşış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında,ictimai təhlükəsizliyin təmin olunmasında, fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Hərbi yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

 Öz xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə  görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox  fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin- amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1.“Azərbaycam Respuilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991- 2001)” yubiley  medalı ilə;

2.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin   90 illiyi  ( 1918- 2008 )” yubiley   medalı ilə;


3.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;


4.“Qüsursuz  xidmətə görə” 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,


5. “Qüsursuz xidmətə görə 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


İLQAR  DOĞUM GÜNÜN MÜBARƏK OLSUN !!!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev