Tarix boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-obada həmişə əziz tutulmuşdur. Hətta el arasında müdrik və mütərəqqi adamları loğmanla müqayisə edirdilər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Xalqın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatını etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların ehtiramını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir. Saleh həkim də öz davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi və insanlara sağlamlıq, eləcə də gözəl təbəssüm bəxş etmək məharəti ilə onların etibarını və rəğbətini qazanmış həkimlərdəndir. Təsadüfi deyil ki, pasientləri Saleh həkim barəsində danışanda deyirlər ki, “gözəl insandır və “əlləri qızıldır”.
Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında özünəməxsus öz dəst- xətti və xüsusi xidmətləri olan,yüksək peşəkarlığı, humanistliyi, sadəliyi, səmimiyyəti, dəqəqliyi, təmkinliyi, iradi və insanpərvərliyi ilə seçilən,ali dərəcəli- tibb xidməti polkovnik- leytenatı Saleh Səfərəliyevin iyul ayının 31-də dünyaya göz acdığı xoş bir günüdür.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzü ağ çıxan, bu gün şərəfli həkim ömür yolu keçən, insanların sağlamlığını ləyaqətlə qoruyan və savadlı mütəxəssis insan və qayğıkeş həkim kimi kicikdən- böyüyə onu tanyanların hər birinin rəğabətini qazanmış Saleh həkimi doğüm günü münasibətilə Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işçiləri), doğmaları,əzizləri, , yaxınları və iş yoldaşları səmi qəlbdən təbrik edir, səbəbkara uzun ömür, cansağlığı, firavan həyat ,ailə səadəti və hərtərəfli uğurlar arzu edirlər. Saleh həkim yaşnızın üstə gələn bu yeni yaşda da sizə sevinc dolü günlər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinə qovuşdururaraq dahada xoşbəxt etsin.
Tibb xidməti polkovnik-leytenatı Səfərəliyev Saleh Rəhman oğlu 31 iyul 1972-ci il tarixdə Bakı şəhərində anadan olub. Onun atası tibb elmləri doktoru, professor Rəhman Səfərəliyev uzun illər Tibb Universitetində müəllim işləyib.
Saleh həkim1989 -cü ildə Bakı şəhərində 211 saylı orta məktəbi bitirib.1989 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakultəsində “Müalicə ixtisas üzrə təhsil alıb. 1995-ci ild bə həmin Universiteti müvəffəqiyyətlə başa vurduqdan sonra, elə həmin il Din-in Daxili Qoşunların hərbi hospitalında həkim kimi fəaliyyətə başlamışdır. 1995-2012 ci illər ərzində DİN-in Daxili Qoşunların Qaradağ və Nərmanov rayonlarında yerləşən hərbi hospitalın ümümü cərrahiyə şöbəsində baş ordinator, 2013- 2017-ci illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin Tibb İdarəsində şöbə rəisi vəzifələrində Millətə,dövlətə vətənə və xalqa sədaqətlə xidmət edib. Hal -hazırda Saleh həkim “Salam doktor” özəl xəstəxanasınında calışır.
Səmərəli fəaliyyəti ilə seçilən, Saleh həkim Azəbaycan Respubilkası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir çox hərbi qulluqçulara (həkimlərə) şəxsi nümünə olmuş,”Hippokrat Andına” isə həmişə sadiq qalmışdır.
Saleh həkim həm ölkəmizdə, həm də Türkiyədə (“Gülhanə” tibb akademiyasında) mütamadi olaraq ixsasartırma kurslarında,konfranaslarda və seminarlarda fəal iştirak etmişdir.
Əhətəsində olan insanların çox hörmətini qazanmış Saleh həkim Daxili Qoşunların hərbi hospitalında xidmət etdiyi illər ərzində cərrahiyə sahəsi üzrə bir cox uğurları və nailiyyətləri olmuşdur.Saleh Sfərəliyevə Daxili Qoşunlar Komandanın müvafiq əmrinə əsasən ali dərəcəli hərbi həkim dərəcəsi verilmişdir.
Öz xidməti vəzifələrini və hərbi hospitalın qarşısında qoyulmuş tapşırıqların yerinə yetirərkən fəriqləndiyinə,şücaət, fədakarlıq və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Xüsusi Dövlət Mühafizə Xidmət rəisinin,tibb idarə və şöbə rəislərinin, hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, diplomlarla (pul mükafatları ilə) və qiymətli hədiyyələrə mükafatlandırləb, ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley nedalı ilə;
3.“Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 -təqvim ili xidmətə görə;
5.“Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev.










0 Yorumlar