Daxili İşlər Nazirliyinin (DİN) Mühafizə  Polis İdarəsində və  Daxili Qoşunlarında müxtəlif  vəzifələrdə xidmət etmiş, iradi  və mənəvi keyfiyyəti  ilə seçilən, ömrünün ən məhsuldar dövrünün  25 ildən çoxnu   xidmətə həsir etmiş, Azərbaycan Reslubilkasının  Silahlı qüvvələri  veteranı və müharibə veteranı -istefada olan  mayor  Fərəczadə  Ağaismayıl Fərəc oğlunun  iyul ayının  20 - də  dünya göz açdığı  xoş bir gündür. 

      

 Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan- mayor  Fərəczadə  Ağaismayıl Fərəc oğlunu doğum günü münasibətilə  Daxli İşlər Nazirliyinin  zabitlər birliyinin üzvləri, Daxili   Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi - qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edirlər. Ağaimayıl yaşınızın  üstə gələn bu yeni yaşda sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.


Mayor Ağaismayıl  Fərəc oğlu Fərəczadə    1962-cu  ilin  iyul ayının  20-də Göyçay  rayonunda anadan olub.

     

1979 - cı ildə  Göyçay şəhər 2 nömrəli orta məktəbi,  1990 - cü ildə  $SRİ Daxili İşlər Nazirliyinin  Petrozavodski  ali milis məktəbini   bitirib.A.Fərəczadə  DİN-in   Daxili Qoşunlarda müxtəlif vəzifələrdə   xidmət etdiyi illər ərzində  bir çox təlim- metodiki toplanışlarda,  hərbi və xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində, seminar və konfranslarda və ixtisas  artırma kurslarında fəal iştirak edib.

   

Mayor Ağaismayıl Fərəczadə  1980-1982 -cu illərdə Sövet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.


1990-1993-ci illərdə  Daxili İşlər Nazirliyinin Baş    Mühafizə  İdarəsinin  Gaycay  rayon şöbəsində zabit  vəzifələrimdə calışıb.  


1993- 2016-ci illərdə  DİN-in  Daxili Qoşunların Bas İdarəsinin  Naxcvan  şəhərində,Binəqədi, Hacıqabul, Xətai, Quba və Sabunçu rayonlarında yerləşən hərbi  hissələrində müxtəlif vəzifələrdə  Dövlətə,  vətənə və xalqa sədaqətlə xidmət edib.

   

A.Fərəczadə Azərbaycanın  ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı   üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

      

Mayor Ağaismayıl   Fərəczadə Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin mühafizəsində,   yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai  təhlükəsizliyin təmin olunmasında,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa  fövqalədə hallar, habelə  fövqəladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün olunmasında   üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     

Hərbi yoldaşları  A. Fərəczadəni  vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

       

Mayor Ağaismayıl  Fərəczadə   Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.


Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə  görə əlacı  və yibiley döş nişanları ilə təltif olunub, bir çox  fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      

 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının  il dönümü ilə əlaqədar olaraq,dövlətin  ərazi bütövlüyünün təmin olunmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:


1."Hərbi xidmlərə görə" medalı ilə ;


2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələr veteranı” medalı ilə;


3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10 illiyi (1991-2001)” yubiley  medalı ilə;


4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi  (1918- 2008)” yubiley   medalı ilə;

 

5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi  (1918 - 2013)” yubiley medalı ilə;



6."Qüsursuz xidmətə görə" 

3 - cü dərəcəli medal - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;


7."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;


 8."Qüsursuz xidmətə görə 1 -ci  (Ali) dərəcəli medalı- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.


DOĞUM  GÜNÜN MÜBARƏK OLSUN  AĞAİSMAYIL!!!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, 

BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


Azərbaycan Reslubilkasının Silahlı qüvvələri veteranı və müharibə   veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik Salman Musayev