Peşəkarlığı, iradi, hümanistliyi,  işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, təcövzkarlığı və səmərəli fəaliyyəti   ilə  seçilən - ehtiyatda olan kapitan  Mirzə Mirzəyevin iyul ayının  29 -da dünyaya göz açdığı gündür.

     

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan kapitan Mirzə Mirzəyevin  iyul ayının 29-da  45 yaşının tamam olması münasibətilə Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Mirzə qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolü illər bəxş etsin, hər yeni günüZ isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.


Kapitan Mirzəyev Mirzəyev Şamil oğlu   1980 - ci ilin  iyul ayının  29 – da Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.

1998 -ci ildə Bakı şəhər 259 nömrəli tam orta məktəbi, 2002 -ci illdə  Azərbaycan Dövlət Universitetini, 2004-cü ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin hərbi məktəbində zabitlərin hazırlığı kursnu bitrib.

M.Mirzəyev Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində   keçiriən bir çox təlim- metodiki- toplanışlarda, hərbi və xüsusi -taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib. 

2002-2003-cü illərdə Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmətdə olub.

 2003- 2018 -ci illərdə Din-Daxili Qoşunların Lənkaran və Sabuncu rayonlarında yerləşən hərbi hissələrdə qrup komandiri, taqım komandiri, bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, fiziki hazırlıq və idman rəisi, qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifələrində Millətə, vətənə və xalqa sədaqətlə xidmət edib.”Hərbi xidmətkecmə haqqında” qanunun 156 -cı madəsinin j) bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxlıb. 

Mirzə Mirzəyev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericiliklə müəyyən edilmiş qaydada, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına və Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün  qorunub saxlanılmasında, dövlət sərhədinin, dövlət əhəmiyyətli obyektlərin, inzibatı binaların,hərbi şəhərciklərinin, və hərbi təchizat anbarların mühafizə olunmasında, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasnda və ictimai təhlükəsizliyin təmin olunmasında, cinəyaykarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin tutulmasında,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa Fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqlarınöhtəsindən layiqincə gəlmişdir. 

öz xidməti vəzifələrini  və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, şücaət, fədakarlıq və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə   Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin, Zastava rəisinin müvafiq əmrləri ilə əlacı və yubiley döş nişanları  ilə təltif olunub, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edlib:

1. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

2.“Azərbaycan Reslubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;

3.“Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

4. “Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

MİRZƏ YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN !!!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev