Hər kəs həyatda ötən ömur paynı yaşayır. O, xoşbəxt insandır ki, adı işlədiyi kollektiv arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü, elə yaşayır ki, elin sevgisini qazanır, xalqın, işlədiyi kollektivin istəklisinə çevrilir, həm böyüklırin,həm də kiçiklərin xətir hörmətini saxlayır.
Həmin insanların ömürlərindən çoxlarının ömrünə işiq düşür. Belə ki, ömür o vaxt qiymətli və dəyərli olur ki, o mənalı yaşanır. Həmin ömür insanları da xidmətə yönəldir, bəşəriyyətə, ailəyə, cəmiyyətə xidmət edir. Belə ömür yaşayan insanlardan biridə , Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarında və Ədliyyə Nazirliyinin müvafiq strukturlarında müxtəlif vəzifələrdə xidmət etmiş, yüksək peşəkarlığı, humanistliyi , dərin zəkası, gözəl nitq qabiliyyəti və xeyirxahlığı ilə secilən Azərbaycan Respublikasının Müharibə veteranı- istefada olan ədliyyə polkovniki Babayev Sahib Nadir oğludur. İyul ayının 20 - də onun 66 yaşı tamam olur.
Daimi həyatın bütün çətinliklərindən alnıacıq və üzüağ cıxan Bayramov Sahib Nadir oğlunu doğum günü münasibətilə, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Qəbələ rayon şöbəsinin rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edirlər . Sahib Nadir oğlu Babayev yaşının üstə gələn bu yeni yaşda, sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun xoşbəxt edəcək şəkildə keçsin .
Bu gün əsli vətəndaşlıq mövqeyi ilə secilən, Azərbaycan Respublikasının müharibə veteranı istefada olan polkovnik Bayramov Sahib Nadir oğlu 1960- cı ilin iyul ayının 20- də Şamaxı rayonunda zəhmətkeş bir ailədə anadan olub.
1977-ci ildə Şamaxı şəhər 2 nömrəli orta məktəbi,1984 – cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini bitirib.
İşgüzar, çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli olan, Sahib Bayramov 1984-1991 -ci illərdə Ədliyyə Nazirliyinin Sumqayıt şəhərinin icra və prapasiya idarəsində müxtəlif vəzifələrdə çalışıb.
1992-1993-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Hüquq şöbəsinin ilk rəisi vəzifəsində oub.
Vətənimizə, möhtərəm Prezidentimizə sədaqəti ilə secilən,zəngin təcrübəyə malik olan,sadəliyi, işgüzarlığı ilə öhdəsinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirən Sahib Bayramov 1993 -2024 -ci illərdə Qəbələ rayonun, Sumqayıt şəhər icra və prapasiya idalərinin rəisi, Sumqayıt şəhər Regional Ədliyyə İdarəsinin rəisi vəzifələrində Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edib.
Hər kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq, yoldaşlıq münasibətləri yaradan, Sahib Nadir oğlu Ədliyyə Nazirliyinin müvafiq strukturlarında və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli,əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. Sahib orta və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsə də xidmət etdiyi və işlədiyi mühitdə, istərsə də dost- tanış, qohum- əqraba, qonşu arasında daımı özünə layiq hörmət qazanmışdır.
Yüksək peşəkarlığı, humanistliyi, vətənpərvərliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, insanpərvərliyi ilə saylıb seçilən istefada olan polkovnik Sahib Babayev şərəfli ömrünün ən məhsuldar dövrünün 39 ildən çox şərəfli xidmət yolunu Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyiinin müvafiq strukturlarında kecib.
Yorulmaz, xeyirxah,təşkilatcı və qayğıkeş insan, Sahib Bayramov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam və Ağdərə rayonları istiqamətində ) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
İctimai işlərdə fədakarlıq göstərən, dostlarna, yaxınlarına, xidmət etdiyi , işlədiyi iş və döyüşcu yoldaşlarına isti münasibəti olan, polkovnik Bayramov Sahib Nadir oğlu Ədliyyə Nazirliyində və Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə bir çox ədliyyə əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ücün şəxsi nümnə olmuşdur.
Harada hansı vəzifədə çalışmasından asılı olmayaraq , kollektivin daimi rəğbətini qazanmış Sahib Babayev Ədliyyə orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi iiər ərzində , cinayətkarlığa qarşı mübarizədə, ictimai əsayişin qorunmasında və təmin edilməsində, şəhərdə,yaşayış məntəqələrində,cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, fövqaladə vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, baş vermiş təbii fəlakətlərin və yanğın hadisələrinin qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Geniş iş təcrübəsi və işgüzarlığı ilə secilən, Azərbaycan Respublikasının Müharibə Veteranı Sahib Nadir oğlu Bayramov Daxili Qoşunların Baş İdarəsinində və Ədliyyə Nazirliyinin müvafiq strukturlarında xidmət edərkən öz səmərəli fəaliyyəti ilə, təcürbəsi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə Daxili Qosunlar komandanlığının, Ədliyyə Nazirliyinin rəhbərliyinin daimi diqqət mərkəzində olmuşdur.
Nəcib davranışa və yüksək mədəniyyətə malik olan, polkovnik Bayramov Sahib Nadir oğlu hərbi və ədliyyə xidməti eləcə də ictimai vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə, Daxili İşlər Naziri, Ədliyyə Naziri, Daxli Qoşunlar Komandanı və onun müavinləri tərəfindən “Əla” xidmətlərə görə” döş və yubiley nişanları ilə, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Alicənablığı, səmimiyyəti və təvazökarlığı ilə secilən, dostlarının və yaxınlarının etibarını qazanan Sahib Bayramov Dövlətin ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunb :
1.“Ədliyyə Nazirliyi sistemində Qusursuz xidmətə görə” medalı ilə;
2. “ Ədliyyə Nazirliyinin ( 1918-2018)” 100 illiyi yubiley medalı ilə;
3. “Böyük Zəfər” medalı ilə;
4. “Müharibə Veteranı” medalı ilə;
5. “ Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 illiyi (1994-2019)” yubileyi medalı ilə;
6.” Azərbaycan Milli ordusunun 100 illiyi (1918-2018)” yubileyi medalı ilə.
Ədliyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsində, milli dövlət quruculuğuna aid mühüm layihələrin hazırlanmasında və xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 19.11. 2004-cü il tarixli 522 nömrəli sərəncamına əsasən Bayramov Sahib Nadir oğlu “Dövlət qulluğunda
fərqlənməyə görə” medalı ilə təltif olunub.
BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN SAHİB !
100 YAŞA, SAĞLAM YAŞA!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev






0 Yorumlar