Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan,Dövlətinə, Millətinə və Ali Baş Komandanına sadəqatli zabit, polis polkovniki Maarif Cəfərovun iyul ayının 20-da 51 yaşı tamam olur.
Yüksək peşəkarlığı, işgüzarlığı, səmimiyyəti,iradi və mənəvi Keyfiyyətli ilə seçilən polis polkovniki Maarif Cəfərovu 20 İyul tarixində anadan olması günü münasibətilə doğmaları, əzizləri , yaxın qohumları və iş yoldaşları səmimi -qəlbdən təbrik edir və xoş arzularını bildirir.
Biz də, Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifələri) olmaqla polis polkovniki Maarif Cəfərovu doğum günü münasibətilə ürəkdən təbrik edir, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti, firavan həyat, çətin və şərəfli peşəsində uğurlar arzulayırıq!..
Xatırladaq ki, Polis polkovniki Cəfərov Maarif İsgəndər oğlu 20 İyul 1975 -ci ildə Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olub.
Gəncə şəhər 4 nömrəli orta məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti və Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitrib. Hərbi təcrübə mübadiləsi əldə etmək üçün bir sıra xarici ölkələrdə işgüzar səfərdə olub.
1993- 2003 -cü illərdə Daxili Qoşunların hərbi hissələrində və Daxili Qoşunların Baş İdarəsində müxtəlif vəzifələrdə olub.2004-cü ildən etibarən Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında Vətənə və xalqa sədaqətlə xidmət edir .
Maarif öz xidməti vəzifələrini və daxili işlər orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə bir sıra medallarlarla, döş və yubiley nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib.
MAARİF DOĞUM GÜNÜNÜN MÜBARƏK OLSUN!
YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev




0 Yorumlar