Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının həyatında öz dəst- xətti və xüsusi xidmətləri olan polkovnik leytenant Əli Şirinovun iyul ayının 28- də dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan Respubilkasının Silahlı Qşqüvvələri veteranı və müharibə veteranı- istefada olan polkovnik- leytenant Əli Şirinovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan
ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Əli müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün
isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nərimanov rayon şöbəsinin fəal üzvü -istefada olan polkovnik leytenant Şirinov Əli Əmir oğlu 1967 -ci ilin iyul ayının 28 -də Naxçıvan şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1984 cü ildə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbi, 1991-ci ildə Naxçıvan Dövlət Universitetini, 1999 -cu ildə Müdafiə Nazirliyinin ali hərbi dənizçilik məktəbini ("hüquqşünas "ixtisası üzrə), 2010- cu ildə ildə Türkiyə Jandarma Qüvvələrinin İstanbul şəhərində yerləşən hərbi hissəsində (" döyuş hazırlığı" üzrə ) zabtilərin təkmilləşdirmə kursunu bitrib.O,Xarici ölkələrdə və Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Bnəqədi rayonunda yerləşən hərbi hissəsində keçirlən hərbi və xüsusi-taktiki təlimlərdə, seminarlarda, kurslarda və konfraslarda iştirak edərək müvafiq sertifikatlara layiq görülmüşdür.
Polkovnik- leytenant Əli Şirinov 1986 -1988- ci illərdə SSRİ Müdafiə Nazirliyinin Moskva və Sankt-Peterburq şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1992 - cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissəsində taqım komandiri, nizami hissə rəisinin köməkçisi və nizamı hissə rəisi vəzifələrində olub.
1993-2000-ci ilərdə Prezident Yanında Xüsusi İdarədə Daxili Qoşunların Baş İdarəsinin Füzuli, Zaqatala, Hacıqabul, Binəqədi rayonlarında və Sumqayıt şəhərində yerləşən hərbi hissələri üzrə xüsusi bölmənin rəisi vəzifəsində işləyib.
2000-2016 ci ilərdə Daxili Qoşunların Baş İdarəsinin hərbi kəşfiyyat xidməti (şöbə) rəsinin müavini və kəşfiyyat xidmətinin (şöbəsinin) rəisi, Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı şöbəsində isə təlim - tədris mərkəzlərinin rəisi vəzifələrində Millətə, millətə,vətənə və xalqa sədaqətlə xidmət edib.
Peşəkarlığı, humanistliyi və səmərəlili fəaliyyəti ilə seçilən,polkovnik- leytenant Əli Şirinov ömrünün ən məhsuldar dövrünün 26 (iyrimi altı) ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirib.
Polkovnik- leytenant Əli Şirinov Daxili Qoşunlarda və Prezident Yanında Hərbi Xüsusi İdarədə xidmət etdiyi ilərdə ona həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında,mühüm dövlət əhəmiyyətli obyektlərin,xüsusi yüklərin, sahibsiz qalmış əmlakın,inzibati binaların və təchizat anbarların mühafizə edilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərindəictimai asayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi ixtişaşların qarşısının alınmasında,qəzalar, yanğınlar, bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqəladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünü təmin edilməsində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdər.
Əli Şirinov Daxili Qoşunların Baş İdarəsində xidmət edərkən, bir çox komissiyanın, kompleks və məqsədli qrupların tərkibində olarkən, öz səmərəli fəaliyyəti, təşkılatcılıq bacarığı, işgüzarlıgı,iradi və mənəvi keyfiyyəti ilə daimi Daxili Qoşunların Komandanlıgının diqqət mərkəzində olmuşdur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nərmanov rayon şöbəsinin üzvü- istefada olan polkovnik-leytenant Əli Şirinov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə,verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə bir çox hərbi qulluqçular ücün nümunə olmuşdur.
Polkovnik leytenant Əli Şirinov 1992- 1994-cü illərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və yaralanıb.
Öz xidməti və ictimai vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə,şücaət,fədakarlıq və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qosunlar Komandanı və onun müavinlərinin,Xüsusi hərbi kəşfiyyat idarə rəsinin,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin, hərbi məktəb rəisinin,hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif edilib:
1."Qüsursuz xidmətə görə " 1- ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə götə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3. “Qusursuz xidmətə görə” 3 -cü dərəcəli medal- Silahlı Qevvələrdə 10 təqvim ili xidmətə görə;
4.“Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;
5."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
6."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medallı ilə:
7.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
8. “Müharibə Veteranı” medalı ilə;
9.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyininin 25 illiyi (1994-2019" yubiley medalı ilə;
10. “Milli ordunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə,
11.“Böyük Zəfər medalı” ilə.
BÜTÜN GÖZƏL NƏ VARSA, SƏNİN OLSUN ƏLİ MÜƏLLİM !.
YÜZ YAŞA,SAĞLAM YAŞA.
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



0 Yorumlar