Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, humanistliyi,iradı,mənəvi keyfiyyəti, səmiyyəti, sadəliyi və vətənpərvərliyi ilə seçilən,  ömrünün ən məhsuldar dövrünün  15 ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətdə keçirmiş-  ehtiyatda olan kapitan Qocayev Rafiq Vaqif öğlunun iyul ayının  30 - da  dünya göz açdığı xoş bir gündür

Daha doğrusu 40 ilk yubileyidir.

 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan kapitan Rafiq Qocayevi  bu əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Rafiq qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin,  hər yeni yaşınız isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

    

Rafiq Vaqif oğlu Qocayev 1986-cı ilin iyul ayının 30- da Spitak rayonunun Qursalı kəndində zəhmətkeş bir ailədə anadan olub.

2004-cü ildə Bakı şəhər 57 saylı   orta məktəbi, 2010-cu ildə  Azərbaycan Respubilkası DİN-in Daxili Qoşunların  orta ixtisas məktəbini bitrib.  

R.Qocayev Daxili  Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim- metodiki toplanışlarında, hərbi və xüsusi - taktiki təlimlərdə , komanda- qərargah təlimlərində,  müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

 2004-2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.

 2006- 2019 -ci illərdə  Daxili İşlər Nazirliyinin   Daxili Qoşunların Bas İdarəsinin  Bərdə, Xəzər, Xətai, və Nərmanov rayonlarında  yerləşən hərbi hissələrdə (hərbi hospitalda) və ali hərbi məktəbdə yarım qrup konandiri, kursant, taqım komandiri, bölük komandirinin müavini, qərərgah rəisinin xidmət üzrə köməkçisi, nizami hissə rəisi  vəzifələrində Millətə, vətənə və xalqa layıqincə  xidmət edib. “ Hərbi xidmərkecmə haqqında” əsasnamənin v). bəndinə əsasən (xəstəliyə görə) DİN-in Daxili Qoşunların ali hərbi məktəbindən ehtiyata buraxlıb.

Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasıbda, yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar, yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başqa Fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında   üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

  Hərbi və iş yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

Rafiq Qocayev DİN-in  Daxil Qoşunlarında xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

 Öz zidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların yerinə yetirərkən fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əlacı və yubiley döş nişanları ilə, bir çox fərmanlarla qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.   

Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:  

“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley  medalı ilə;

“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 -illiyi (1918-2013)” yubiley medalı ilə;

“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

“Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.

 RAFİQ 40 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN !!!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev