Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan,Dövlətinə, Millətinə və Ali Baş Komandanına sadəqatli ehtiyatda olan baş gizir İmanov Əliheydər Qurban oğlunun iyul ayının 29-da 48 yaşı tamam olur.

Yüksək peşəkarlığı, işgüzarlığı, səmimiyyəti,iradi və mənəvi keyfiyyətli ilə seçilən , ehtiyatda olan baş gizir İmanov Əliheydər oğlunun iyul ayının 29-da anadan olması günü münasibətilə doğmaları, əzizləri , yaxın qohumları və iş yoldaşları səmimi -qəlbdən təbrik edir və xoş arzularını bildirir.


Biz də, Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabit və gizirləri (hərbi vəzifələri) olmaqla baş gizir Əliheydər İmanovu doğum günü münasibətilə ürəkdən təbrik edir, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti, firavan həyat arzulayırıq!.. 

 Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsində xüsusi əməliyyatlarında fəal iştirak etmiş baş gizir İmanov Əliheydər Qurban oğlu 29 iyul 1978- ci ildə Azərbaycan Respublikasının Hacqabil rayonunda zəhmətkeş bir ailədə anadan olub.

Hacqabil şəhər orta məktəbi, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının gizirlər məktəbini bitirib.

 1996-1999-ci illərdə Daxili Qoşunların Hacqabil rayon ərazisində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.

 1999-2021-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Binəqədi, Hacıqabul və Zakatala rayonlatının ərzində yerləşən hərbi hissələrdə yeməkxana rəisi, bölüyün baş çavuşu və taqım komandiri vəzifələrində vətənə və xalqa sədaqətlə xidmət edib.

Əliheydər Qurban oğlu İmanov öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə bir sıra medallarlarla, döş və yubiley nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib

 ƏLİHEYDƏR DOĞUM GÜNÜNÜN MÜBARƏK OLSUN!

 YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev