Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhəri ərazisində yerləşən hərbi hissənin həyatında özünəməxsus, öz dəst-xətti olmuş, peşəkarlığı, işgüzarlığı, iradı, mənəvi keyfiyyəti,vətənpərvərliyi, dəqiliyi, təmkinliyi və səmimiyyəti ilə seçilən -ehtiyada olan gizir Cəfərov Arif İsgəndər oğlunun iyul ayının 20-də dünyaya göz acdığı xoş bir gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Cəfərov Arif İsgəndər oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri,Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, (hərbi vəzifəliləri),əzizləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edirlər. Arif yaşınızın üstə gələn bu yeni yaşda sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə onu istəklərniznə qovuşduraraq daha da xoşbəxt etsin.
Xatırladaq kı, Arif İsgəndər oğlu Cəfərov 1975-ci ilin iyul ayının 20-də Gəncə şəhərində zəhmətkeş ailədə bir ailədə anadan olub.
1993-cı ildə Gəncə şəhər 4 nömrəli orta məktəbi, 2002 -cı ildə indiki Gəncə şəhər Texniki kolleci bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların hərbi hissələrində keçirilən təlim -metodiki toplanışlarda, hərbi və taktiki-xüsusi təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Cəfərov Arif İsgəndər oğlu 1993- 1994 -cü illərdə DİN-in Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
1994-2015-cı illərdə Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərinin ərazisində yerləşən hərbi hissədə müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib.
Çalışdığı bütün vəzifədə özünü bacarıqlı hərbi qulluqcu kimi göstərən- ehtiyatda olan gizir Cəfərov Arif İsgəndər oğlu DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin , əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər Nazirliyin Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin, eləcə də dövlətətin ərazi bütövlüyünün tam təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları İsgəndər oğlu Arif Cafərovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.Arif istər təhsil aldıgı,orta və orta ixtisas təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əlacı və yubiley döş nişanları ilə təltif olnub, dəfələrlə diplomlarla, fərmanlarla və qiymətli hədiyələr ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini yerinə yetirərkən fəqiqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müvafiq əmirlərinə əsasən aşağıdakı medallar ilə təltif olunub:
1." Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)” yubiley medalı ilə;
2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2008)” yubiley medalı ilə;
3."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi ( 1918 - 2013)” yubiley medalı ilə;
4."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6."Qüsursuz xidmətə görə" 1-ci (Ali) dərəcəli medal İlə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ARİF!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteran və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev







0 Yorumlar