Azərbaycan ordusunda və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında öz dəst -xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 29 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon şöbəsinin üzvü - istefada olan polkovnik - leytenant Məmmədov Rizvan Məhərrəm oğlunun iyul ayının 30 - da dünya göz açdığı xoş gündür.
Daha doğrusu 70 illik yubileyidir.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı istefada olan polkovnik - leytenant Məmmədov Rizvan Məhərrəm oğlunu 70 illik yubileyi günü münasibətilə Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, ,doğmaları iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Rizvan müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik - leytenant Məmmədov Rizvan Məhərrəm oğlu 1956 - cı ilin iyul ayının 30 - da Yevlax rayonunda ziyalı bir ailədə anadan olub.
1972 - ci ildə Yevlax rayonunda 8 (səkkizinci) sinifi, 1974 - ci Çəmşid Naxçıvanski adına hərbi liseyi, 1978 -ci ildə Voliski Arxa xidmətlərər üzrə Ali Hərbi Məktəbi,1989 -cu ildə isə Lenin ordeni adına Sankt- Peterburq (Leninqrad) şəhərində Arxa xidmətlərər üzrə Hərbi Akademiyanı bitrib.
1978- 1983 - cü ildə Sovet ordusunun Almaniyada yerləşən hərbi hissələrində əşya xidməti rəisi, əlahiddə tabor komandirinin arxa xidmətlər üzrə müavini, 1983 - 1986 - cı illərdə Sovet ordusunun Komsomolski- on- Amur vilayətində yerləşən hərbi hissələrin birində də Alay komandirinin arxa xidmətlər üzrə müavini, 1989- 1991 -ci illərdə Sovet Ordusunun Gəncə şəhərində və Göygöl (Xanlar) rayonunda yerləşən hərbi hissələrində Alay və Briqada komandirlərinin arxa xidmətləri üzrə müavini vəzifələrində işləyib.
Rizvan Məmmədov 1992 - ci ildə Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsində Mənzil - İstismar İdarə rəisinin müavini, 1993- 1994 -cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacıqabul rayonunda yerləşən hərbi hissəsində briqada komandirinin arxa xidmətlər üzrə müavini, 1995- 2003 -cü illərdə isə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsində tədris və təlim mərkəzlərinin rəisi, Heydər Əliyev Adına Ali Hərbi Məktəbdə isə arxa cəbhə xidmətləri üzrə kafedranın rəisinin müavini vəzifələrində Millətə, vətənə və xalqa sədaqətlə xidmət edib.
Məmmədov Rizvan Məhərrəm oğlu Azərbaycan Ordusunda və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən ) döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranıdır.
O,Sovet Ordusunda, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin müvafiq strukturlarında və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə, Müdafiə Nazirinin, Daxili Qoşunlar Komandanın, Ali Hərbi Məktəb və Hərbi Akademiya rəislərinin, Briqada və Alay komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub,bir çöx fəxri fərmanlarla, qiymətli hediyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin,ərazi bütövlüyünün qorunub saxlanılmasında, respublikada əmin amanlığın təmin edilməsində, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib;
“Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medalı ilə;
2.”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918 -1988)” yubiley medalı ilə;
3.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)” yubiley medalı ilə;
4. “Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,
7.”Milli Ordunun 100 illiyi ( 1918 - 2018)” medalı ilə.
RİZVAN MÜƏLLİM 70 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN !!!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev




0 Yorumlar