Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan,Dövlətinə, Millətinə və Ali Baş Komandanına sadəqatli zabit, Azərbaycan Respublikasının müharibə veteranı baş gizir Əliyev Səlim Xanoğlan ğlunun iyul ayının 18-da 55 yaşı tamam olub.

Yüksək peşəkarlığı, işgüzarlığı, səmimiyyəti,iradi və mənəvi keyfiyyətli ilə seçilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Hacqabil rayon şöbəsinin üzvü, ehtiyatda olan baş gizir Əliyev Səlim Xanoğlan oğlunun iyul ayının 19-də anadan olması günü münasibətilə doğmaları, əzizləri , yaxın qohumları və iş yoldaşları səmimi -qəlbdən təbrik edir və xoş arzularını bildirir.


Biz də, Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifələri) olmaqla baş gizir Səlim Əliyevi 55 illik yubiley günü münasibətilə ürəkdən təbrik edir, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti, firavan həyat arzulayırıq!.. 

 Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında fəal iştirak etmiş baş gizir Əliyev Səlim Xanoğlan 18 İyul 1971- ci ildə Azərbaycan Respublikasının Sabirabad rayonun Nizami kəndində zəhmətkeş bir ailədə anadan olub.

1978-ci ildə Salyan rayonunun Kərimbəyli kənd orta məktəbi , 1998-ci ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının gizirlər məktəbini bitirib.

 1989-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.

1992 -2014-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Şirvan şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə vətənə və xalqa sədaqətlə xidmət edib.

Səlim Əliyev öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə bir sıra medallarlarla, döş və yubiley nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib

 SƏLİM 55 İLLİK YUBİLEY GÜNÜNÜN MÜBARƏK OLSUN!

 YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev