İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.


BMTV.İNFO "Report"a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Famil Lətifov yaşadığı evin həyətində odlu silahla qətlə yetirilib.


Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə F.Lətifovu güllələməkdə şübhəli bilinən keçmiş qayınatası - 1966-cı il təvəllüdlü Natiq Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb. N.Sadıqovun hadisə vaxtı vaxtı sərxoş olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.