SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının Binəqədi, Ağdam, Ağdərə və Xətai rayonlarında yerləşən hərbi hissələrin həyatında özünəməxsus öz dəst-xətti və xüsusi xidətləri omuş, humanistliyi,səmimiyyəti, işgüzarlığı, təmkinliyi, yurdsevərliyi, vətənpərvərliyi, iradi, mənəvi keyfiyyətləri, insanlara qarşı xeyirxahlığı, qayğıkeşliyi, diqqətcliyi və mehribanlığı ilə seçilən, daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxmış, DİN-in zabitlər birliyinin üzvü olmuş, unudulmaz və xatirələrdə yaşayacaq, mərhum mayor Mahir Ağakişiyevi əgər yaşasaydı iyul ayının 19-da 69 yaşı olacaqdı.

Xatırladaq kı, unudulmaz və xatirələrdə yaşayacaq mayor Mahir Ağakişi oğlu Ağakişiyev 1957 -ci ilin iyul ayının 19 -da Azərbayacan Respubilkasnın Qəbələ rayonunun Mıxlıqovaq kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur . 2026-cı ilin may ayının 23-də Bakı şəhəri Zabrat qəsəbəsində vəfat etmiş və Lökbatan qəsəbə qəbiristanlığında torpağa tapşırılmışdır.

1974-cü ildə Qəbələ rayon Mıxlıqovaq kənd orta məktəbi, 1983-cü ildə Bakı Neft- Energetika texnikomunu,1988- ci ildə Xarkov Yanğın- texniki məktəbini, 1991-ci ildə isə Moskva xüsusi milis ali məktəbini bitrmişdir .O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, Azərbaycan Ordusunda və Daxili Qoşunların hərbi hissələrində kecirlən zabitlərin ixtisas artırma kurslarında, bir çox təlim – metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə, seminar və konfraslarda fəal iştirak etmişdir.

1976-1978-ci illərdə Sovet ordusunun Belarusiya Respubilkasında yerləşən hərbi hisaələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

1988- 1991 -ci illərdə SSRİ Daxili işlər orqanlarında müvafiq vəzifələrdə çalışmışdır.

Mahir Ağakişiyev 1992-2001-ci illərdə Azərbaycan Respubilkasının Daxili Işlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Agdam, Fizulu və Xətai rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandirinin tərbiyə işləri üzrə müavini, tabor komandirinin tərbiyə işləri üzrə müavini və hərbi hissənin tərbiyə bölməsində baş təlimatçı vəzifələrində Millətə,dövlətə,vətənə və xalqa sədəqatlə xidmət etmişdir. Mahir Ağakişiyev DİN-in Daxili Qoşunlarından ehtiyata buraxıldıqdan sonra bir müddət orta təhsil müəssisələrinin birində müəllim vəzifəsində çalışmışdır.

 Mahir Agakişiyev Daxili Qoşunların hərbi hissələrində xidmət etdiyi illər ərzində öz səmərəli fəaliyəti, işgüzarlığı, mənəvi keyfiyyəti, təşkilatçılıgı, bacarıgı, nəzəri və praktiki biliyi ilə daima Daxili Qoşunların Komandanlığının və xidmət etdiyi hərbi hissələrin komandirlərinin diqqət mərkəzində olmuşdur.

Mayor Mahir Agakişiyev SSRİ Daxili İşlər Orqanlarında və Azərbaycan Respublikasının Daxili İşlər Naziyirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, SSRİ və Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna həmişə məsuliyyətlə yanaşmışdır.

Mayor Ağakişi oğlu Mahir Agakişiyev Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ugrunda (Agdam,Agdərə,Fizuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak etmiş, ona həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məzuliyyətlə Azərbaycan Respublikasının müharibə veteranı idi.

Mayor Mahir Agakişiyev xidmət etdiyi müddət ərzində xidmətdə fərqləndiyinə görə SSRİ və Azərbaycan Respubilkasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının, onun müavinlərinin,ali xüsusi millis məktəb rəisinin və xidmət etdiyi hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medallarla, döş nişanları ilə təltif olunmuş, dəfələrlə diplomlarla, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkur elan edilmişdir.

 Mahir Ağakişiyev ailəli idi. 3 övlad (iki oğlan və bir qız) atası idi.

Nə qədər ki, Mahir Ağakişiyevi tanıyanlar var Mahir yaşayacaq,hər bir kəsin qəlbində, dilində onun adı fəxarətlə anılacaq.

 Allah rəhmət eləsin, məkanı cənnət olsun!

Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas Polkovnik Salman Musayev