Son vaxtlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeçiliyindəki avtobus marşrutlarında olan özbaşınalıq haqqında çox deyilir, çox yazılır. Xatırlayırsızsa bu günlərdə 514 nömrəli(səhv etmirəmsə) avtobusun sürücüsü dayanacağa daxil olan zaman yaşlı bir qadının üstündən keçdi(qadın o dünyaya, sürücü isə həbsxanaya getdi). 

Buna oxşar hadisə iyulun 13-ü günorta vaxtı mənim də başıma gəldi: Metronun Nəriman Nərimanov st.yaxınlığında 2 nömrəli avtobusa mindim və Bakı Baş Polis İdarəsinin yanındakı dayanaqda düşəcəyimə qərar verdim. Bakıkart kartında ən azı 4 (dörd) AZN gediş haqqı olduğu halda sürücü "sənin kartın işləmir" - dedi.Təbii ki etiraz etdim.Növbəti dayanacaqda o mənə dedi ki, düş aşağı(avtobusun nömrəsi:67 493) seriya nömrəsi isə:77 JC 495.Əsl həngamə burda baş verdi: avtobusa minib yol getmək istəyən sərnişinlərin kartları da eyni qaydada "işləmədi". Sürücü əsəbiləşdi, "avtobusdan düşün, başqasına minərsiz"-dedi.

O anda əmin oldum ki, həmin sürücünün başı işləmir. Çünki, sürücü avtobusda yaranmış texniki problemi bizim üstümüzə atmağa çalışırdı: Mən AYNA Rəhbərliyinə səslənirəm: özbaşınalıqlara son qoyun. Sərnişinlərlə kobud davranan sürücüləri cəzalandırın.

Şamil Sabiroğlu,

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri.

Bakı şəhəri, 13.07.2026.