Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan,Dövlətinə, Millətinə və Ali Baş Komandanına sadəqatli zabit, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı mayor Meybiyev Gülağa Ənvər oğlunun iyul ayının 19-da 53 yaşı tamam olur.
Yüksək peşəkarlığı, işgüzarlığı, səmimiyyəti,iradi və mənəvi keyfiyyətli ilə seçilən Meybiyev Gülağa Ənvər oğlunu iyul ayının 19-də anadan olması günü münasibətilə doğmaları, əzizləri , yaxın qohumları və iş yoldaşları səmimi -qəlbdən təbrik edir və xoş arzularını bildirir.
Biz də, Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifələri) olmaqla mayor Gülağa Ənvər oğlu Meybiyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti, firavan həyat, çətin və şərəfli peşəsində uğurlar arzulayırıq!..
Xatırladaq ki, ; Meybiyev Gülağa Ənvər 19 İyul 1973- cü ildə anadan olub.
1992 -ci ildən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət edir.
Gülağa Meybiyev öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə bir sıra medallarlarla, döş və yubiley nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib
GÜLAĞA OĞUM GÜNÜNÜN MÜBARƏK OLSUN!
YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



0 Yorumlar