Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN-in) tibb idarəsinin və DİN -in Daxili Qoşunlarının həyatında tibb sahəsində sayagəlməz uğurları ilə şöhrət qazananmış, Azərbaycan Respublikasının Silahlı qüvələri veteranı və müharibə veteranı olmuş, unudulmaz və xatirələrdə yaşayan peşəkar, ali dərəcəli həkim tibb xidməti polkovnik- leytenantı Mirtənzil Seyidəliyevin 18 iyul cənnətdəki ilk doğum günüdür . Mirtənzil həkim 2025-ci ilin
dekabrın ayının 27 -də Bakı şəhərində vəfat edib.
Bir daha Daxili Qoşunların Komandanlığı, Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların hərbi hospitalının kollektivi, Daxili Qoşunların istefada və ehtiyatda olan zabitləri (tibb işçiləri) tibb xidməti polkovnik- leytenantı Mirtənzil Seyidəliyevin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə doğmalarına və yaxınlarına başsağlığı verir .
Qeyd evdək ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Qaradag rayonunda yerləşən hərbi hissənin ilk komandiru ( hərbi hospital rəisi) vəzifəsində Millətə, fövlətə vətənə və xalqa sədaqətlə xidmət etmiş Seyidəliyev Mirtənzil Bədəl oğlu 1951- ci ilin iyul ayının 18 -də Azərbaycan Respubilkasının Agsu rayonun Pirhəsən kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.
Əhatəsində olan insanların, döyüşcü və iş yoldaşlarınının hörmətini qazanan, dostlarına, yaxınlarına isti münasibətdə olan 1 – ci qrup müharibə əllili, peşəkar ali dərəcəli həkim Mirtənzil .Seyidəliyev 1978- ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə- profilaktika- fakültəsini bitrib.Həmin müddətdə təyinatla Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin narkomaniya üzrə baş mütəxəsisi vəzifəsində işləyib.1992 -ci ilin mart ayından 1994 -ci ilin sentyabr ayina kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bas İdarəsinin Hərbi Hospitalınin ilk rəsi, 1994-cü ilin oktyabr ayından-1999 -cu ilin dekabr ayına kimi DİN -in Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissənin tibb xidməti rəsi, Daxili Qoşunların Baş İdarəsinin tibb şöbəsində isə baş zabit vəzifəsində xidmət etmişdir.O, 2000- ci 2006 - ci illərdə Ədiliyə Nazirliyinin Mərkəzi xəstəxanasında Narkologiya şöbəsinin rəisi olmuşdur.
Mirtənzil həkim vətənmizin erməni təcavüzünə məruz qaldığı vaxtlarda cəsur döyüşçü oğulları müalicə edib.Bu müqqədəs vəzifəni həyata keçirmək məsuliyyəti tibb sahəsində çalişan vətənsevər oğulları daha çox düşündürürdü. Bu baxımdan Daxili Qoşunların döyüşən şəxsi heyətinin sağlamlıgının təmin edilməsi üçün hərbi hospitalın təşkili və yaradılması ən ümdə məsələlərdən idi. Belə tarixi vəzifəni həyata kecirmək tibb xidməti polkovnik- leytenantı Mirtənzil Seyidəliyevin talehinə nəsib olmuşdur.
M.Seyidəliyev ulu babalarımızın yaşayıb-yaratmaq ənənəsinə sadıq qalaraq, ıbtidai şəraıtdən başlayaraq, hərbi hospitalını ərsəyə gətirilib fəaliyyətə başlaması dövrünə qədər bir xidməti öhdəsinə götürmüşdür. O, hərbi hospitalın yaradılıb istafədəyə verilməsində bir hərbi hissə komandiri ( hərbi hospitalın rəsi) kimi ona olan etimadı yüksək səviyyədə doğrultmuşdur.
Heç kəsi özündən incitməyən,xoş rəftarı və şirin dili ilə hər kəslə doğnalıq münasibəti yaradan tibb xidməti polkovnik -leytenantı Mirtənzil Seyidəliyev Daxili İşlər Nazirliyində, Ədiliyyə Nazirliyində və DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına, hərbi andın,hərbi nizamnəmələrin tələblərinə, vəzifə borcuna və həkim andına əməl etməkdə, şəxsən o, tabeçiliyində olanlara nümünə olmuşdur.
Əsli vətəndaşlıq mövqeyi ilə seçilən, xeyirxah insan və qayğıkeş həkim işlədiyi kollektiv arasında daımı öznəlayıq hörmət qazanmışdır.
Tibb xidməti Polkovnik- leytenantı Mirtənzil Seyidəliyev Daxili İşlər orqanında, Ədiliyə Nazirliyində və Daxili Qosunlarında xidmət etdiyi illər ərzində , üzərinə düşən zabit (həkim) şərəfini ləyaqətlə qoruyan, onu məsuliyyətini dərindən dərk edən, təlabkar, təcurbəli və vicdanla calışan baş zabitlərdən biri olmuşdur.
Yüksək peşəkarlığı, humanistliyi, təvazökarlığı, dəqiqliyi, təmkinliyi,sadəliyi, səmimiyyəti, işgüzarlığı ,iradi və mənəvi keyfiyyətləri ilə seçilən 1-ci qrup müharibə əlili - polkovnik- leytenant Mirtənzil Seyidəliyev ömrünün ən məhsuldar dövrünün 35 illik şərəfli xidmət yolunun, 7 (yeddi) ilini tələbə kimi Azərbaycan Dövlət Tibb İnstitutunda, 28 (iyrimi səkkiz ilini) isə zabit və baş zabit kimi Daxili İşlər orqanında, Daxili Qoşunlarda və Ədiliyə Nazirliyində keçirmişdir.
Dövlətçilyimizin möhkəmləndirilməsi üçün var qüvvəsi ilə yorulmadan calışmış, qayğıkeş Mirtənzil həkim Daxili işlər orqanlarında, Ədiliyə Nazirliyinin Mərkəzi xəstəxanasında və Daxili Qosunlarda xidmət etdiyi illərdə öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ədiliyə Nazirinin və onun müavinlərinin, hərbi hissə komandirinin, tibb idarə və şöbə rəislərinin əmrləri ilə müvafiq medallarla, bir cox fərmanlarla, qiymətli hədiyələrlə,diplomlarla mukaflandırılmış və ona təşəkkur elan edilmişdir.
Peşəkar ali dərəcəli həkim tibb xidməti polkovnik- leytenantı Mirtənzil Seyidəliyevin ön cəbhədə döyüşçülərə göstərdiyi qayğı və diqqət, həmçinin, Vətən, dövlət və xalq qarşısındaki əvəzsiz xidmətləri Daxili İşlər orqanin əməkdaşları və Daxili Qosunların hərbi qulluqçuları, mülki işçiləri və onu tanıyanlar tərəfındən hec vaxt unudulmayacaq . Bu vətənpərvər baş zabiti respubilkamızda çoxları tanıyır. Eləcədə Daxili Qoşunların hospitalnda müalicə olunan yüzlərlə-minlərlə oğullarmız onun səmimi qaygısının şəfalı əllərinin ərsəyə gətirdiyi hospitalın dönməz fəaliyyətini gənc nəsillərə də tanıtdıracaqdır.
Allah unudulmaz Mirtənzil həkimə rəhmət eləsin, məkanı cənnət olsun. Övladlarına və yaxınlarına səbr versin!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev












0 Yorumlar