Hərbi xidmətdən yenicə gəlmişdim...
Ali hərbi kəşfiyyat məktəbindən qovulmuşam və sıravi əsgər kimi xidməti başa vurmuşdum...
Sənə 1979-cu il idi... Əslən Ağdamdan olan dostum Manaf Yusifov məni Respublika Prokurorluğunda oxranaya işə düzəltişdi. Manaf hələ gənc yaşlarından "ağsaqqal" titullu qazanmışdır. Hamiya əlindən gələn köməyi edırdi. Məndən 4,5 yaş böyük olan Manaf, mənim həyatımda mühüm rol oynayan xeyirxah insanlardan biri olub.
İki il Elmas Axundzadənin rəhbərliyi altında təsərrüfat xidmətində mühafizədə işləmişəm..
Hər axşam 2 saat Respublika Prokuroru Abbas Mamedovçı yeni tikilməkdə olan korpusun inşaatına vaxışa çıxanda onu müşayət edərdim. Olduqca sadə və səmimi inan idi rəhmətlik. Mənə həmişə rəhmətlik nəvazişlə yanasardi. Ancaq müavini Boqomolov oğraşın dal ayağı və alçagın biri idi...Bizim millətə nifrətlə yanaşardı. Boqomolov, Dağlı Aydın və Qabrielyan Elmas Axundzadəni sevməzdilər. Ancaq Abbas Zamanov Elmas müəllimə xüsusi hörmətlə yavamardı...
Boqomolov mənim gənc olmağıma baxmayaraq, qanımı içməyə gelə hazır idi... Hər yerdə bağırardi... Alçaq bizim dili mükəmməl bilirdi, ancaq bizim millətə nifrət edərdi- özüdə açıq-açığına. Hələ güya arvadı da azərbaycanlı idi, Bakı şəhərinin ovaxtkı partiya komitəsinin birinci katibi Əli Kərimovun qızın almışdı...
22 yaşım vardı...
Abbas Zamanov məni universitetin "yurfak"tina, Albert Salamov isə KGB məktəbinə göndərməyi təklif etsələr də, mən incəsənət institutunu seçdim. Gələcəkdə vəzifə, yaltaqlıq, ikiüzlülük, rüşvət...Bunlar mənlik deyildi...
Mən incəsənəti və tacirliyi seçdim...Arxamda bir çetən kasıb doğmalarim vardı...
İki il tabeçiliyində işlədiyim (1979-1981, Abbas Zamanovdan başqa bütün rusbaşlarin xainliyini çəkdiyi Yımaz Axundzadə'dən, həmişə doğma münasibət, ata qayğısı görmüşəm. Məni partiyaya da o keçirmişdi. Mənə görə erməni katiblə (oğraşın adın yazmaq istəmirəm) də mübahisə elədi və soxdu onu layiq olduğu yerə...
Heç bir arxası olmayan, sadə bir internat uşağına həmişə doğma münasibət bəsləmiş, dayıma ata qayğısı gördüyüm Yılmaz Axundzadə'ni, Qəşəm Kərimovu, Fikrət Əfəndiyevi, Albert Salamovu heç vaxt unutmamışam və ölənə kimi unutmaram.
İndi yalnız Albert Salamov sağdı. Qalanları isə Allahın rəhmətinə gediblər. Albert Əliyevçlə isə demək olar ki, hər gün təmasdayıq... Allah internet və whatsApp icad edənlərin ölçüsünə və dirilərinə rəhmət eləsin.
Albert Salamov böyük rəğbət bəslədiyi rəhmətlik Heydər Əliyevlə illərcə birgə çalışmış və elə Heydər Əliyev köməkliyi ilə uzun illər birinci şöbənin rəisi olmuşdu. Sonra müstəqil Azərbaycan Respublikasınin ilk xarici işlər naziriinin müavini və bir ilə yaxın isə nazir əvəzi olmuşdur.
Portiretin gördüyünüz şəxs Böyük Əhməd Cavadın oğlu, keçmiş Ali Məhkəmənin üzvü, Respublika Prokurorunun müavini, vətənin və millətin dildə deyil, əməldə seven, ruhu önündə baş əydiyim Yılmaz Axundzadədir.
P.S. Bir vaxt işıq üzü görəcək xatirə kitabımda yalnız qeyrətli Azərbaycan övladları barədə oxuyacaqsiniz... Biqeyrətlər barədə oxumaqdan millət yoruldu vallah...
Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin jurnalının baş redaktoru.








0 Yorumlar