Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında özünəməxsus öz dəst-xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında kecirmiş, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı -istefada olan polkovnik Ağakişi Abdurəhim oğlu Adıgözəlovun iyun ayının 14 - də dünyaya göz acdığı xoş bir gündür.


  Belə bir əlamətdaf gün münasibətilə daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan polkovnik Ağakişi Adıgözəlovu Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabit kollektivi,doğmaları, əzizləri, yaxınları, iş və doyüş yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edirlər. Ağakişi müəllim yaşınızın üstə gələn bu yeni yaşda sizə sevinc dolu illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

    

Adıgözəlov Ağakişi Abdurəhim oğlu 1955 -ci ilin iyun ayının 14 -də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.

   

1972- ci ildə Bakı şəhərində orta məktəbi, 1978- ci ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Gürcüstan Respublikasında yerləşən əlahiddə tədris taborunda gizirlər məktəbini, 1981-ci ildə SSRİ Daxili İşlər Nazirliyi

 Daxili Qoşunlarının Vladikafkaz Ali hərbi məktəbi, 2000 -ci ildə isə ABŞ -ın Luizana Ştatının Polis Akademiyasında ixtisas artırma kursunu bitrib.

    

 1974-1976-cü illərdə Sovet Ordusunda müddətli həqqi hərbi xidmətdə olub.

     

1977-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Gürcüstan və Azərbaycan Respublikalarında yerləşən divziyaların Bakı şəhərində yerləşən konvoy mühafizə alayında və əməliyyat briqadasında tərbiyə bölməsinin təşviqat və təbliğat üzrə təlimatcısının komsomol təşkilatı üzrə köməkçisi, taqım komandiri, böluk komandiri, klub rəisi, diviziyanın kadırlar bölməsının rəis müavini və kadrlar bölməsinin rəisi vəzifələrində olub.

 

1992-ci ilin yanvar ayından - 2008-ci illin iyun ayına kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt şəhərində yerləşən hərbi hissədə hərbi hissə komandiri, Nərimanov rayonunda yerləşən hərbi hissədə hərbi komandiri əvəzi, Daxili Qoşunların Bas İdarəsinin kadırlar şöbəsinin ilk rəisi, Daxili Qoşunların Baş İdarəsinin Qərargahında əməliyyat şöbəsinin baş zabiti, döyüş hazırlığı və əməliyyat şöbələrinin rəisi vəzifələrində Millətə, vətənə,dövlətə və xalqa sədaqətlə xidmət edib.

      

 A.Adıgözəlov DİN -in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Tiflis və Bakı şəhərlərində yerləşən diviziyalarında (hərbi hissələrdə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, müvafiq kurslarda, hərbi və xüsusi -taktiki təlimlərdə, nümunəvi - göstərici məşğələlərdə, komanda- qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.Hərbi təcürbə mübadiləsi əldə etmək üçün xarici ölkələrdə işgüzar səfərdə olub.


 Polkovnik Ağakişi Adıgözəlov 1992 -1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edən Daxili Qoşunların ilk zabitlərindən biri olaraq ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     

A.Adıgözəlov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.


Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin,islah-əmək müəssisələrin, hərbi təchizat anbarların, hərbi bazaların, sahibsiz qalmış əmıakların, və xüsusi yüklərin mühafizə olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi ixtşaşların qarşısının alınmasında, mühafizə olunan əraziyə soxulmuş şəxslərin və mühafizədən qacmış məhkumların axtarılmasında və tutulmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar,

təbii fəlakətlər və başqa fövqalədə hallar habelə fövqalədə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin e patrul -post xidməti vastəsi ilə şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasıda, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı- istefada olan polkovnik Ağakişi Adıgözəlov Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi illər ərzində, bir çox komissiyaların tərkibində və məqsədli qurupların rəhbəri olarkən səmərəli fəaliyyəti, işgüzarlığı, iradi, mənəvi keyfiyyəti, təşkilatçılıq bacarığı ilə daimi Daxili Qoşunlar Komandanın və onun müavinlərinin diqqət mərkəzində olmuşdur.

   

 Hərbi və döyüş yoldaşları Ağakişi müəllimi əliaçıq, vətənpərvər,qorxmaz,səxavətli, zəhmətkeş və insanpərvər zabit kimi dəyərləndirirlər. 


A.Adıgözəlov istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış ,qohum - əqraba arasında özünə böyük hörmət qazanıb. 


Öz vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə SSRİ və Azərbaycan Respublikası Daxili İşlər Nazırlərinin, Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


 Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:


1."Azərbaycan Respubilkası Silahlı Qüvvələr veteranı” medalı ilə;

 

2."SSRİ Silahlı Qüvvələrinin 70 - illiyi (1918-1988)” yubiley medalı ilə;


3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;


4. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Sankt-peterburq ali hərbi siyasi məktəbin" 70 illiyi yubiley medalı ilə;


5.“Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medalı ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


6.“Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; 


7.“Qusursuz xidmətə görə” medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.



AĞAKİŞİ MÜƏLLİM DOĞUM GÜNÜN MÜBARƏK!!!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev