Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini -daxili qoşunların sabiq komandanı, Azərbaycan Respublikasının müharibə veteranı,istefada olan general-mayor Ağayev Rafiq Abbas oğlunun iyun ayının 6-da 76 yaşı tamam olur. 


Belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxil Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri və yaxınları, general-mayor Rafiq Ağayevi səmimi qəlbdən təbrik edir,ona uzun ömür, can sağlığı, işlərində uğurlar arzulayırlar.

Qeyd edək ki, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsində, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsində xüsusi fəriqləndiyinə və xidməti vəzifəsinin icratında yüksək peşəkarlıq göstərdiyinə görə general – mayor Rafiq Ağayev bir çox medallarlarla,əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə təltif olunub, dəfələrlə fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.


Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev