Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının və Daxili İşlər Orqanlarıın həyatında özünəməxsus öz dəst-xətti və xüsusi xidmətləri olan, ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin (DİN-in) müvafiq strukturlarında keçirən, Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan,Dövlətinə, Millətinə və Ali Baş Komandanına sadəqatli peşəkar və təcrübəli zabit, Azərbaycan Respublikasının müharibə veteranı polis polkovniki Kazımov Rauf Hüseynin oğlunun iyun ayının 04 -də dünyaya göz açdığı xoş bir günüdür!..

Doğum günü münasibətilə Rauf Kazımovu doğmaları, əzizləri və yaxın qohumları təbrik edir və xoş arzularını bildirir.

Biz də Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitəliləri (hərbi vəzifələri) çox hörmətli və dəyərli polis polkovniki Rauf Kazımovu doğum günü münasibətilə ürəkdən təbrik edir, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti arzulayırıq!.. 

Yüksək intellektual səviyyəsi ,iradi və mənəvi keyfiyyətləri ilə seçilən Kazımov Rauf Hüseyn oğlu 1972-ci ilin iyun ayının 04 -də Bakı şəhərində zəhmətkeş bu ailədə anadan olub.

1989-cü ildə Bakı şəhərində orta məktəbi, 1993-cu ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, 1998-ci ildə Türkiyə Respublikasının Jandarma Qüvvələrinin zabitlər məktəbini,2010-cı ildə isə Daxili İşlər Nazirliyinin Polis Akadeyaysını bitirib.

Rauf Kazımov 1993-2003-cü illərdə Daxili İşlər Naziyirliyi Daxili Qoşunlarının Binəqədi və Xəzər rayonlarında yerləşən hərbi hissələrdə qrup komandiri, müəllim və baş müəllim vəzifələrində xidmətini davam etdirmişdir.

0, 2003-ci ildə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə başlamışdır.2003-2024-cü illərdə Daxili İşlər Naziyirliyinin Polis Akadeyaysında baş müəllim, Bakı şəhəri Sabayıl rayon polis idarəsində baş inspektor, Bakı şəhər Baş Polis İdarəsində şöbə rəisi, Xızı rayon polis şöbəsində isə şöbə rəisinin xidmət üzrə müavini vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

 R.Kazımov 1993-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak edərək, ona həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır

 Polkovnik Rauf Kazımov öz xidməti vəzifələrini, hərbi hissə və daxili işlər orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə, hərbi və polis xidməti keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə daxili işlər orqanlarında və daxili qoşunlarda əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarlarla təltif edilib:

1.“Qüsursuz xidmətə görə” 1-ci (ali) dərəcəli medal ilə - daxili işlər orqanlarında 20 təqvim ili xidmətə görə;

2.“ Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə - daxili işlər orqanlarında 15 təqvim ili xidmətə görə;

3.“ Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- daxili işlər orqanlarında 10 təqvim ili xidmətə görə.

 Xatırlatmaq istəyirəm ki, Kazımov Rauf Hüseyn oğlu Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında , mütəşəkkil cinayətə qarşı mübarizədə və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərləşdirilməsi də, dövlətin ərazi bütövlüyünün edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir .

RAUF DOĞUM GÜNÜNÜN MÜBARƏK OLSUN!

 YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev