Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Gəncə şəhər şöbəsinin üzvü,istefada olan kapitan Alməmmədov Natiq Həsən oğlunun iyun ayının 12-də dünyaya göz açdığı xoş bir günüdür!..
Doğum günü münasibətilə Natiq Həsən oğlu Alməmmədovu doğmaları, əzizləri və yaxın qohumları təbrik edir və xoş arzularını bildirir.
Biz də Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitəliləri (hərbi vəzifələri) çox hörmətli və dəyərli Natiq Həsən oğlu Alməmmədovu doğum günü münasibətilə ürəkdən təbrik edir, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti, firavan həyat arzulayırıq!..
Alməmmədov Natiq Həsən oğlu 1964-cü ilin iyun ayının 12- də Gəncə şəhərində anadan olub.1982-ci ildə Gəncə şəhərində orta məktəbi, bitirib.
1982-1984-cü illərdə SSRİ Silahlı Qüvvələrinin Xabarovski vilayətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
Natiq Alməmmədov tank komandiri kursnu və Kənd Təsərrüfatı Universitetini bitirib.
SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhəri Nizami rayonunda yerləşən konvoy – mühafizə alayında və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. Daxili Qoşunlardan alayın kimiya xidməti rəisi vəzifəsindən ehtiyata buraxılıb.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ona həvalə olunmuş vəzifə və tapşırıqları layiqincə yerinə yetirmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır.
Kapitan Alməmmədov Natiq Həsən oğlu öz xidməti və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə bi sıra medallarlarla, daxili işlər orqanlarında və daxili qoşunlarda əla xidmətlərə görə döş və yubiley nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib.
NATİQ DOĞUM GÜNÜNÜN MÜBARƏK OLSUN!
YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



0 Yorumlar