İnsan ücün ən yaddaqalan günlərdən başlıcası onun dünyaya gəldiyi gündür.Hər oldiğu kimi, bu ildə doğum gününü qeyd edən - istefada olan kapitan Müşviq Bağırovun iyun ayının 13-də 56 yaşı tamam olur.


  13 iyun kapitan Müşviq Bağırovun 56 yaşının tamam olması münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,

2001-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmiş tələbə yoldaşları,onun doğmaları, yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət

olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Müşviq qoy yaşının üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

 

Kapitan Bağırov Müşviq Zirəddin oğlu 1970-ci ilin iyun ayının 13-də Göycə mahalının Basarkeçər (Verdanis) rayonun Güney kəndində zəhmətkeş bir ailədə anadan olub.


Kapitan Müşviq Bağırov 1986- cı ildə Göycə mahalının Güney kəbd orta məktəbini,1993-cü ildə Gəncə Kənd Təsərrüfatı Akademiyasını, 2001-ci ildə isə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitrib.


Yüksək peşəkarlığı, hümanistliyi,işgüzarlığı, vətənpərvərliyi, sadəliyi,səmimiyyəti, mənəvi keyfiyyətləri və səmərəli fəaliyyəti ilə seçilən, kapitan Müşviq Bağırov 1993 -2005-ci ilərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələrində avtomobil sahəsi üzrə müxtəlif vəzifələrdə Dövlətə və xalqa sədaqətlə xidmət edib.

     

Müşviq Bağırov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi hisənin zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuları, taqım və böluk komandirləri, bölyün baş cavuşları, kiçik komandilərlər və kiçik mütəxəssislərlə komandir, döyuş və ictimai sıyası hazırlığı üzrə məşğələlərin, nümunəvi- köstərici təlimlərin, xüsüsi-taktiki təlimlərin, təlim-metodiki toplanışların yüksək səviyyədə keçirilməsi istiqamətində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.


Müşviq Zirəddin oğlu Bağırov öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərini,əmr və sərancamların dəqiq sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

   

Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və xüsusi tapşırıqların yerinə yetirilməsində, cinayətgarlga qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında, mühüm dövlət obyektlərin,inzibatı binaların, xüsusi yüklərin,inzibatı binaların,hərbi şəhərciklərin,maddi-texniki və hərbi təchizat anbarların mühafizə olunmasında, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, yaşayış məntəqələrində kütləvi iğtşaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düsən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

      

Kapitan Bağırov Müşviq Zirəddin oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində səmərəli fəaliyyətinə görə Daxili İşlər Nazirinin (DİN-in), Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əlacı və yubiley döş nisanları ilə təltif olunub,bir çox fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 

Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Daxili İşlər Nazırnin müvafiq əmrləri ilə aşağıdakə medallarla təltif edilib:

 

1.“Azərbaycan Respubilkasının Sillahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley müdalı ilə;


2.“Qüsursuz xidmətə görə” 3-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 


BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN MÜŞVİQ!


100 YAŞA, SAĞLAM YAŞA. 


Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev