Şəhid Elvin Əhmədovun atası Qələndər Əhmədov dünyasını dəyişib.


BMTV.İNFO xəbər verir ki, mərhum Qazax rayonunun Qarapapaq kənd qəbirlistanlığında, şəhid oğlunun yanında torpağa tapşırılıb.


Qeyd edək ki, Elvin Əhmədov 2023-cü ilin 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub.


O, prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

İlham Rəsulzadə