İyunun 13-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasının qiyabi şöbəsini 2001-ci ildə bitirmiş məzunlar yenidən toplaşaraq, bir araya gəliblər.
Əvvəlcə Azərbaycanın ümummilli lderi Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlətin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də dünyasını dəyişmiş müəllimlərin və tələbə yoldaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə asayişin, sabitliyin qorunması, kriminogen durumun nəzarətə alınması, ictimai asayişin bərpası uğrunda daxili işlər orqanlarına həvalə olunmuş vəzifələri fədakarlıqla yerinə yetirməsindən bəhs olunub.
Uzun illər daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmiş məzunların artıq əksəriyyəti təqaüddə olsa da isti xatirələr görüşü daha maraqlı edib.
Məzunların görüşü ziyafət məclisi və konsert proqramı ilə davam edib.
Tədbirin sonunda məzunlar belə görüşlərin daha sıx -sıx keçirilməsinin faydalı olacağını diqqətə çatdıraraq, xatirə şəkili çəkdiriblər.
Hörmətlə: Polkovnik Salman Musayev











0 Yorumlar