15 İyun Azərbaycan xalqının tarixində mühüm və əlamətdar günlərdən biridir.
Bu gün ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur.
1993-cü ilin 15 iyun tarixində xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdaraq ölkədə sabitliyin və inkişafın əsasını qoydu.
Həmin dövrdə Azərbaycan ciddi siyasi və iqtisadi çətinliklərlə üz-üzə idi.
Dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı.
Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Bu gün Milli Qurtuluş Günü xalqımızın birliyini, dövlətə və müstəqilliyə sədaqətini ifadə edən əlamətdar bayramdır. Azərbaycan vətəndaşları bu günü böyük hörmət və qürur hissi ilə qeyd edir, ölkəmizin tərəqqisi naminə görülən işləri yüksək qiymətləndirirlər.
Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün dövlətçilik tariximizin şanlı səhifələrindən biri olmaqla yanaşı, gələcək nəsillərə vətənpərvərlik və milli birlik nümunəsi kimi örnəkdir.
Bizdə Bakı Milli Televiziyası - mən kollektivi hər bir vətəndaşı təbrik edirik
İlham Rəsulzadə



0 Yorumlar