Daxili İşlər Naziyirliyi Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissədə bölük komandirinin müavini, döyüş hazırlığı bölməsində isə zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmiş, sağlığında insanlara qarşı xeyirxah, qayğıkeş və mehriban insan olmuş, kapitan Məmmədov Məhərrəm İsmayıl oğlunun iyun ayının 16-da cənnətdəki ilk doğum günüdür .
Qeyd edək ki, unudulmaz və xatirələrdə yaşayacaq kapitan Məmmədov Məhərrəm İsmayıl oğlu 16 iyun 1961-ci il tarixdə Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur. Məhərrəm Məmmədov Azərbayca Respublikasının Silahlı qüvvələri və müharibə veteranı olan peşəkar baş zabitlər: polkovnik Akif Məmmədovun və polkovnik -leytenat Arif Məmmədovun qardaşı idi.
Xatırladaq kı, unudulmaz və xatirlrdə yaşayacaq Məhərrəm İsmayıl oğlu Məmmədov aprel ayının 6- da Gəncə şəhərində 64 yaşında dünyasını dəyişmiş və aprel ayının 8 -də Gəncə şəhərində dəfn edilmişdir.
Əhatəsində olan insanların rəğbətini qazanmış,yaxşı ailə başçısı olmuş kapitan Məhərrəm Məmmədov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmiş və xidmətdə fərqləndiyinə görə dəfələrlə mükafatlandırılmışdır.
Allah rəhmət eləsin!
Azərbaycan Respublikasının Silahlı qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



0 Yorumlar