Mərdan Ələsgərov uzun illər ərzində Vətənə, dövlətə və xalqına sədaqətlə xidmət etmiş, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı kimi üzərinə düşən vəzifələri şərəflə yerinə yetirmişdir. O, 2019-cu ildən etibarən AVMVİB-in Binəqədi rayon şöbəsinə rəhbərlik edərək müharibə veteranlarının problemlərinin həlli, şəhid ailələri və qazilərə dəstəyin göstərilməsi istiqamətində yorulmadan çalışmış, həmçinin 44 günlük Vətən müharibəsi dövründə də öz dəstəyini əsirgəməmişdir. Mərdan müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.


Allah rəhmət eləsin! Məkanı cənnət olsun!


Allah rəhmət etsin!