İyun ayının 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun 67 yaşı tamam olur.

Ömrünün böyük hissəsini hərbi xidmətə həsr edən general -mayor Zakir Həsənov 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun komandirlər məktəbini bitirib.

1980-1985-ci illərdə Almaniyada yerləşən Sovet ordusunda müxtəlif vəzifələrdə işləyib,1985-1993-cü illərdə isə SSRİ Müdafiə Nazirliyinin Altay Hərbi komissarlığında çalışıb.

1993-2003-cü illərdə i Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində hərbi hissə komandiri, şöbə və idarə rəisi vəzifələrində olub.

 2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunlar Komandanı vəzifəsində xidmət edib, 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin edilib. 

Sözsüz ki, generalın ən böyük uğuru qalib ordunun naziri kimi yadda qalması oldu. Məhz Zakir Həsənovun dövründə 44 günlük Vətən Müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı.

 Dövlət başçısının sərəncamları ilə general-polkovnik Zakir Həsənov aşağıdakı ordenlərlə təltif olunub:

1.“Zəfər” ordeni (9.12.2020)” ilə;

2. “Qarabağ ordeni (17.11.2023)” ilə ;

3. 2 dəfə “Azərbaycan Bayrağı ordeni (30.06.2004 və19.04 2016)” ilə;

4. “Rəşadət ordeni (25.06.2019)” ilə.

Hərbi xidmətdə səmərəli fəaliyyətinə görə ümumilikdə Zakir Həsənov aşağıdakı medallarla təltif edilib:

1 . “Vətən uğrunda “medalı ilə :

2.“Hərbi xidmələrə görə “ medalı ilə;

3. “ Sərhəddə fərqlənməyə görə “ medalı ilə;

4. “Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı ilə;

5."Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medal ilə;

6."Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə;

7.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

8.”. Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

9. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

10 .”Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;

11”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

12.” Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə ;

13”Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;

14”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubileyi medalı ilə;

15.” Azərbaycan Sərhəd mühafizəsinin 90 iliyi (1919-2009)” yubiley medalı ilə;

16.”Azərbaycan Sərhəd mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı ilə;

.17. ”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;

18.”SSRİ-nin Qüsursuz xidmətə görə” -3-cü dərəcəli medalı ilə.

Daxili İşlər Nazirliyinin (DİN -in) zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri general -polkovnik Zakir Həsənovu 6 iyun doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, xidməti fəaliyyətində isə uğurlar arzulayır.

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev