Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında özünəməxsus xidmətləri olmuş, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti, işgüzarlığı, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün 32 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş, polkovnik- leytenat Aydınov Vüqar Əlirza oğlu əgər yaşatdı iyun ayının 04-dı 58 yaşı tamam olacaqdı.Vüqar Aydınov 2018-ci illin oktyabr ayın 9 -da Bakı şəhərində 50 yaşında vəfat etmiş və Ucar rayonunda isə dəfin edilmişdir.  

Qeyd edək ki, peşəkar hərbi zabit, xeyirxah,vətənpərvər və torpağına bağıı gözəl insan Aəzbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və muharibə veteranı olmuş, polkovnik- leytenat Aydınov Vüqar Əlirza oğlu 1968 -ci ilin iyun ayının 4-də Ucar rayonunda zəhmətkeş bir ailədə anadan olmuşdur.Əslən Ucar rayonunun Qazqumlaq kəndindəndir.

 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən Vüqar Ayınov 1985- cü ildə Ucar rayonun 1 nömrəli orta məktəbi, 1988 - ci ildə Perm hərbi məktəbini, 2006-cı ildə isə Cin xalq ordusunun milli müdafiə hərbi akademiyasında briqada və bölkə komandiri vəzifələri üzrə ixtisas artırma kursunu bitrmişdir. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim- metodiku toplanışlarda, xüsusi -taktiki təlimlərdə, komanda- qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak etmişdir.. 

Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq yaradan Vüqar Əlirza oğlu Aydınov Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində rəhbər vəzifələrdə xidmət etdərkən bi çox komissiyaların və məqsədli qurupların sədri və üzvü olarkən səmərəli fəaliyyəti ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə Daxili İşlər Nazirliyinin rəhbərliyinin və Daxili Qoşunlar Komandanlığının daimi diqqət mərkəzində olmuşdur.

 Polkovnik- leytenant Aydınov Vüqar Əlirza oğlu 1988-1991- ci illərdə Sovet Ordusunda müxtəlif vəzifələrdə calışmışdır.

1992- 2018-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nərmanov,Hacıqabul, Binəqədi və Zakatatala rayonlarında, Gəncə və Sumqayıt şəhərlərində yerləşən hərbi hissələrində tabor komandiri,hərbi hissə komandirinin müavinini - qərargah rəisi, hərbi hissə komandiri, Daxili Qoşunların Bas İdarəsində isə aviasiya və əməliyyat şöbələrində baş zabit vəzifələrində Vətənə, və xalqa sədaqətlə xidmət etmişdir.

 Vüqar Əlirza oğlu Aydınov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

  Qanunvericilikilə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin mühafizə olunmasında, yaşayış məntəqələrində və islah- əmək müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında,cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında, zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai asayişin qorumasında, fövqalədə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların,bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində Vüqar Aydınov üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

   ş Hərbı yoldaşları Vüqar Aydınovu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə SSRİ Müdafiə Nazirinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilib, dəfələrlə fərmanlarla, diplomlarla,qiymətli hediyələrlə mükafatlandırlıb, təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilmişdir:

1."Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı medalı ilə;


2."SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medal ilə;


3."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 - 2001 )” yubiley medalı ilə;


4."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2008)” yubiley medalı ilə;


5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918 - 2013 )” yubiley medalı ilə;


6."Qüsursuz xidmətə görə 1 -ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


7."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


8. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.


Azərbaycan Respubilkasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında,mütəşəkkil cinayətkarlığa,terrorçluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin zərərləşdirilməsində xüsusilə gəriqləndiyinə, şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respubilkası Prezidentinin 08.03. 2014 -cü il tarixli sərancamına əsasən polkovnik leytenat Aydınov Vüqar Əlirza oğlu “ Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.  

Heyif ki, biz 2018-ci ilin oktyabr ayının 9 -da Vuqar Aydınovu itirdik.Lakin o,qəlbdə yaşayır və yaşayacaq.


ALLAH RƏHMƏT ELƏSİN VÜQARA, MƏKANI CƏNNƏT OLSUN!


Azərbaycan Respublikasının Silahlı qüvvələri və müharibə veteranı, peşəkar hərbiçi və hüquqşünas polkovnik Salman Musayev.