Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının həyatında tibb xidməti sahəsində özünəməxsus öz dəst xətti və xüsusi xidmətləri olmuş, peşəkarlığı,humanistliyi,dərin zəkasl,gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti,işgüzarlığı,səmərəli fəaliyyəti,intellektulal səviyyəsi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı olmuş, tanınmış cəfakeş həkim, tibb xidməti mayoru Ismayılov Rizvan Hüseyin oğlu əgər yaşasaydı iyun ayının 16-da 74 yaşı olacaqdı.
Xatırladıram ki, Azərbaycan Respublikasının müharibə veteranı olmuş, tanınmış ali dərəcəli tibb xidməti mayoru Rizvan İsmayılov 2024-cü ilin iyul ayının 16-da Qaradağ rayonunun Ələt qəsəbəsində vəfat etmiş və Ələt qəsəbə qəbiristanlığında dəfn edilmişdir.
Tibb xidməti mayoru İsmayılov Rizvan Hüseyin oğlu 1952 ci ilin iyun ayının 16-da Azərbaycan İravan Quberniyasının Ulxanlı qəsəbəsində zəhmətkeş bir ailədə anadan olmuşdur. 1968-ci ildə Ulxanlı qəsəbə orta məktəbi, 1975-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun bitirmişdir.O, dəfələrlə həkimlərin ixtisas artırma kurslarında olmuşdur.
Rizvan Hüseyin oğlu İsmayılov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində Vətənpərvər və işgüzar alı dərəcəli həkim kimi üzərinə düşən vəzifə və tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir.
Rizvan həkim 1992 -2001 -ci illərdə Din-in Daxili Qoşunların hərbi hospitalında ordinator və baş ordinator vəzifələrində Millətə,vətənə,dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.Rizvan İsmayılovun oğlu peşəkar baş zabit -polkovnik- leytenant Rəşad Ismayılovda atasının həyat yolunu bir zabit kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında layiqincə davam etdirmişdir.
Öz xidməti vəzifələrini,hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə, Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmirləri ilə bir sıra medallarla, əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilmişdir, fəxri fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırılmış və Rizvan həkimə təşəkkur elan edilmişdir.
Azərbaycan dövlətçiliyinin qorunmasında,yaşayış məntəqələrində ictimai təhlükəsizliyin təmin edilməsində,Ağdam və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə bir həkim kimi üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Heyf ki, biz tibb xidməti mayoru Rizvan Ismayılovu 2024-cü illin iyul ayının 16-da itirdik. Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.
Allah həmkarmıza qəni-qəni rəhmət eləsin. Məkanı cənnət, ruhu daima şad olsun.
Azərbaycan Respublikasının Silahlı qüvvələr veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



0 Yorumlar