Peşəkarlığı, hümanistliyi,  səmimiyyəti, sadəliyi, səqiqliyi,təmkinliyi, vətənpərvərliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə seçilən, ömrünün ən məhsuldar dövrünün   20- ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmiş- istefada olan baş- leytenant  Fərzəliyev Yasın  Bəylər oğlunun  3 yas mərasimi  iyun ayının 15-də  Yeni Günəşli Lkoil Yanacaq  Doldurma Məntəqəsinin yaxınlığında   (Abbas Fətullayev küçəsi 21 A ünvanda) yerləşən VİP mərasim evində keçiriləcək.

Mərasim saat 11.00 dan-15.00 kimi davam edəcək.

Xatırladaq kı, Fərzəliyev Yasın Bəylər oğlu  1957 -ci ilin  sentyabr ayının  17 -də Ağdam rayonunda zəhmətkeş  bir ailədə  anadan olub . 2026-cı ilin iyun ayının 13-də Bakı  şəhəri Xətai rayonunda dünyasını  dəyişib.

Y. Fərzəliyev 1974 -cü ildə  Ağdam rayonunda  1 nömrəli tam orta məktəbi,  1983 -cü ildə Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının  Tiflis şəhərində yerləşən gizirlər hazırlayan  məktəbi, 1993-ci ildə isə  Bakı şəhərində zabit hazırlığı kursu bitirmişdir.

1977- 1979 cu illərdə  Sovet Ordusunuda müddətli həqiqi hərbi xidmətə olub. 1980- 1991- ci illərdə   Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Bakı şəhərində yerləşən Konvoy -mühafizə alayında  və Əməliyyat briqadasında  nəzarətci, baş nəzarətci, bölüyün baş cavuşu vəzifələrində işləmişdir. 

1992- 1996 -ci illərdə Azərbaycan Respublikasının  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Ağdam, Ağdərə  və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində  taborun baş cavuşu,  alayın  qərargah rəisinin nizamı hissə üzrə baş köməkçisinin  müavini  vəzifələrində Vətənə  və xalqa   sədaqətlə xidmət etmişdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən ( Ağdam,  Ağdərə  və Goranboy rayonları istiqamətində) gedən  döyüşlərdə iştirak  edərək ona həvalə edilmiş  vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. 1992 -ci ildə  Ağdam istiqamətində gedən döyüşlərdə   yaralanmışdır.Azərbaycan Respublikasının 2-ci qrup müharibə əlilidi.

Öz tabeliyində olanlara və digər hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.

 Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları  yerinə yetirərkən  xüsusi fərqləndiyinə,döyüş hazırlığındakı, döyüş xidmətindəki və döyüş təlimindəki əla göstəricilərə   görə baş- leytenat Yasın Fərzəliyev  Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın  onun müavinlərinin , hərbi  hissə komandirinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə" əlacı və yubiley döş nişanları təltif edilmiş, dəfələrlə   fərmanlarlarla   və qiymətli hədiyyələrlə mükafatlandırılmış,ona təşəkkür elan  olunmuş və aşağıdakı medallarla təltif  edilmişdir:

1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)”  yubiley medalı ilə:

2. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

3.“ Qüsursuz xidmətə görə”   2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə  15 təqvim ili  xidmətə görə;

4.“Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli  medal  ilə-Silahlı Qüvvələrdə 10 təqvim  illi xidmətə görə.

Bir daha Daxili İşlər Nazirliyinin  zabitlər birliyinin üzvləri, Daxili  Qoşunların şəxsi heyəti, Daxili Qoşunların  ehtiyatda və istefada olan zabit və gizirləri  istefafda olan baş -leytenant  Yasın Fərzəliyevin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

 Əlaqə nömrəsi: Fərzəliyev  Kənan Yasın oğlu 050-356-65-85  və 070-663-05-02 .

 Azərbaycan Respubilkasının  Silahlı  qüvvələri veteranı və müharibə veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik Salman Musayev