Peşəkarlığı, hümanistliyi, səmimiyyəti, sadəliyi, səqiqliyi,təmkinliyi, vətənpərvərliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20- ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmiş- istefada olan baş- leytenant Fərzəliyev Yasın Bəylər oğlu saat 09.00 radələrində iyun ayının 13-də dünyasını dəyişib.
Xatırladaq kı, Fərzəliyev Yasın Bəylər oğlu 1957 -ci ilin sentyabr ayının 17 -də Ağdam rayonunda zəhmətkeş bir ailədə anadan olmuşdur.
1974 -cü ildə Ağdam rayonunda 1 nömrəli tam orta məktəbi, 1983 -cü ildə isə Daxili işlər nazirliyi Daxili Qoşunların Tiflis şəhərində yerləşən gizirlər hazırlayan məktəbi bitirmişdir.
1977- 1979 cu illərdə Sovet Ordusunuda müddətli həqiqi hərbi xidmətə olub. 1980- 1991- ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bakı şəhərində yerləşən Konvoy -mühafizə alayında və Əməliyyat briqadasında nəzarətci, baş nəzarətci, bölüyün baş cavuşu vəzifələrində işləmişdir.
1992- 1996 -ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Ağdam, Ağdərə və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində taborun baş cavuşu, alayın qərargah rəisinin nizamı hissə üzrə baş köməkçisinin müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən ( Ağdam, Ağdərə və Goranboy rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. 1992 -ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə yaralanmışdır.Azərbaycan Respublikasının 2-ci qrup müharibə əlilidi.
Öz tabeliyində olanlara və digər hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fərqləndiyinə,döyüş hazırlığındakı, döyüş xidmətindəki və döyüş təlimindəki əla göstəricilərə görə baş- leytenat Yasın Fərzəliyev Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın onun müavinlərinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə" əlacı və yubiley döş nişanları təltif edilmiş, dəfələrlə fərmanlarlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmış,ona təşəkkür elan olunmuş və aşağıdakı medallarla təltif edilmişdir:
1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə:
2. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.“ Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.“Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim illi xidmətə görə.
Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların şəxsi heyəti, Daxili Qoşunların ehtiyatda və istefada olan zabit və gizirləri istefafda olan baş -leytenant Yasın Fərzəliyevin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Əlaqə nömrəsi: 050-356-65-85.
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev





0 Yorumlar