Azərbaycan Respublikasının müharibə veteranı, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında özünəməxsus öz dəsti-xətt olmuş, humanistliyi, sadəliyi ,vətənpərvərliyi, səmimiyyəti ,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, əhatəsində olan insanların rəğbətini və hörmətini qazanmış Azərbaycan Respublikasının müharibə veteranı olmuş, unudulmaz və xatirələrdə yaşayacaq kapitan Rəfi Əliyev əgər yaşasaydı İyun ayının 04- də 62 yaşı olacaqdı.

 Xatırladaq kı, istefada olan kapitan Əliyev Rəfi Diləm oğlu 1964 - cü ilin iyun ayının 4- də Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur. 2026-cl ilin iyun ayının 1-də Gəncə şəhərində qəflətən vəfat etmişdir.

1992 - 2001 ci İllərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin, Şirvan ( kecmiş Əlibayramlı) şəhərinin, Lacın, Ağdam, Ağdərə, Füzuli, Binəqədi rayonlarının , Gəncə və Sumqayıt şəhərlərinin ərzində yerləşən hərbi hissələrdə böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri, tabor komandirinin tərbiyəvi işlər üzrə müavini, Alayın tərbiyə bölməsində isə baş təlimatcı vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili İşlər Naziyirliyinin Daxili Qoşunlardan ehtiyata buraxıldıqdan Göygöl şəhər orta məktəblərin birində müəllim kimi fəaliyyət göstərirdi.

R.Əliyev 1981 -ci ildə Gəncə şəhərində 1 nömrəli tam orta məktəbi, 1990- ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1992- ci ildə Daxili Qoşunların Bas İdarəsinin Şirvan (keçmiş Əlibayramlı) şəhərində yerləşən tədris alayında zabitlərin ixtisas artırma kursunu, 1998 -ci ildə isə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən tədris mərkəzində zabitlərin təhkimləşdirmə kursunu bitirmişdir. Hərbi Təcrübə mübadiləsi əldə etmək üçün Türkiyəyə Respublikasının Silahlı Qüvvələrində işgüzar səfərdə olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam, Laçın və Füzuli rayonları ərazisində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Kapitan Rəfi Əliyev öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə, eləcə də hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə kapitan Rəfi Əliyev əla xidmələrə görə döş nişanı ilə, fəxri fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkür elan edilmişdir.

Bir daha Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəxsi heyəti, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabit və gizirləri, kapitan Rəfi Əliyevin ailəsinə Rəfi Diləm oğlunun vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!


 Azərbaycan Respublikasının Silahlı qüvvələri vetranı və m1haribə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev