Azərbaycan Respublikasının müharibə veteranı, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında özünəməxsus öz dəsti-, xətt olmuş, humanistliyi, vətənpərvərliyi, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, əhatəsində olan insanların rəğbətini və hörmətini qazanmış Azərbaycan Respublikasının müharibə veteranı olmuş, unudulmaz və xatirələrdə yaşayacaq kapitan Rəfi Əliyev iyun ayının 01-də saat 09.00 radələrində Gəncə şəhərində vəfat edib.
Kapitan Rəfi Əliyev ilə vida mərasimi 01 iyun 2026-cı il tarixdə Gəncə şəhəri Kəpəz rayonu (84 saylı tam orta məktəbin və MN-in 230 saylı hərbi hissəsinin yaxınlığında yerləşən) hərbi şəhərcik bina 2 ünvanda keçirilib . 01 iyun Gəncə şəhəri Ozan küçəsi köhnə səviskar ərazisində yerləşən qəbiristanlığda dəfin edilib.
Unudulmaz və xatirlrdə yaşayacaq kapitan Rəfi Əliyevin vida və dəfin mərasimində ziyalılar, hərbçilər, mərhumun zabit və gizir iş yoldaşları, onun ailə üzvləri, yaxın qohumları və ictimaiyyət nümayəndələri iştirak edib.
Xatırladaq kı istefada olan kapitan Əliyev Rəfi Diləm oğlu 1964 - cü ilin iyun ayının 4- da Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur..
1992 - 2001 ci İllərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin, Şirvan ( kecmiş Əlibayramlı) şəhərinin, Lacın, Ağdam, Ağdərə, Füzuli, Binəqədi rayonlarının , Gəncə və Sumqayıt şəhərlərinin ərzində yerləşən hərbi hissələrdə böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri, tabor komandirinin tərbiyəvi işlər üzrə müavini, Alayın tərbiyə bölməsində isə baş təlimatcı vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. Hərbi təcrübə mübadiləsi əldə etmək üçun Türkuyə Silahlı Quvvələrində işgüzar səfərdə olmuşdur .
1981 -ci ildə Gəncə şəhərində 1 nömrəli tam orta məktəbi, 1990- ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1992- ci ildə Daxili Qoşunların Bas İdarəsinin Şirvan (keçmiş Əlibayramlı) şəhərində yerləşən tədris alayında zabitlərin ixtisas artırma kursunu, 1998 -ci ildə isə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən tədris mərkəzində zabitlərin təhkimləşdirmə kursunu bitirmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam, Laçın və Füzuli rayonları ərazisində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəxsi heyəti, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabit və gizirləri, kapitan Rəfi Əliyevin ailəsinə Rəfi Diləm oğlunun vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Əlaqə nömrəsi : 055-526-94-64
Dərin hörmətlə və ehtiramla: Azərbaycan Respublikasının Silahlı qüvvələri vetranı və m1haribə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev












0 Yorumlar