Vətənli günlərimdən qeyidlər...
Vicdanı itirdikdə hər şeyi itirmiş olursan...
36 il ayrılıqdan sonra vətənə bu dəfə atüstü səfərə gəlməmişdim, nə az, nə çox, düz yarım il vətənimdə oldum. Azərbaycanı şəhərbə şəhər, kəndbəkən gəzirdim. Əsas iqamətgahım gündüzlər Şuşa, Laçın, gecələr isə Xankəndi olardı... Əlbətdə hər həftənin son günlərin Bakıda keçirərdim...
Vətənimin təbii gözəlliyinə, millətimin qonaqpərvərliyinə heyran olardım, bununla yanaşı vətəndaşların kasıbçılığı və bu kasıbçılıqdan doğan xoşagəlməz hadisələr görəndə isə üzülərdim...
Şikayət olmasın, illərlə bu qürbət diyarda səmimi qarşıladığım, çətin anlarında əlimdən gələn maddi və mənəvi köməkliyi əsirgəmədiyim bir çox dostların və o dostların "dostları" gözümə dəymədi... Hər halda necə deyərlər, Allahın bir stəkan çayında qonaq olub dərdləşmək olardı...
Yenə var olsun etibarlı, sadə, səmimi köhnə dostlarım!
Bu uzun illərin ayrılığından sonra, sankı Azərbaycanda yeni millətlə qarşılaşmışdım.
Yani sovet vaxtı qoyub gəldiyim soydaşımız indi başqa cürə olmuşdurlar. Bu yeni generasiya, təzə nəsil, necə deyərlər- yeni azərbaycanlılar"dır.
Qəribə, bəzən əcaib insanlara rast gəlirdim.
Adam həqiqiti görüb, düşünür, acılar hiss etdiyin duyursan və bir allah adamı təsiri bağışlayan, bir anda dəyişir-;baxırsan oldu tam başqa adam. Gözüylə gördüyü haqsızlığa qarşı zahirdə göstərdiyi davranış tam fərqli olur...Yıx yerə günahsız birinin döy, bir adam haraya gəlməz. Sovet vaxtı gördüyümüz nəzakətdən əsər əlamət qalmayıb...
Yəni bir insanın özünü olduğundan başqa cür göstərməsi, şəxsi mənfəət üçün ikiüzlü hərəkət etməsi və cürbəcür rola məharətlə girməsini, handa mənəm-mənəm deyən Hollivood aktyoru belə bacarmaz ki, Azərbaycanda bunu bacaranları götdüm...
Baxırsan üzünə dost kimi davranır, üzünə tərif yağdırır, adam gedən kimi arxasınca pis danışmaq. Kiçik bir yaxşılığıda məqsədli şəkildə edir və bu "humanistliyin" arxasında başqa niyyətləri ortaya çıxacaq, Allah bilir...
Azərbaycanda çox adam saqqal saxlayıb özünü dindar, dürüst, ibadət əhli və ya mərhəmətli göstərir əslində isə həqiqət bunun tam əksini deyir... Əgər Azərbaycanda biri sənə desəki "Mən Allah adamıyam", mütləq diqqətli olacaqsan... Əks təqdirdə...
Vaxt tapdıqca Azərbaycanda gördüyüm ürəkaçan mənzərələrlə yanaşı, nöqsanlarımıza da göz yummayacam...
"Vətənli günlərimdən qeyidlər..." rubrikası altında yazacam
Bakıda olanda bir televiziya kanalı məni verlişə dəvət etmək istədi və görüşdən qabaq dönə-dönə tapşırdı ki, gərək ölkə rəhbərin tərifləyəsən.
Soruşdum bəs tənqid eləmək olmaz? Dedi: "ayə nə danışırsan, bizim anamızı..." Aydındır...
Yox bağışla bunu mən bacarmayacam. Ürəyimdə deyirəm ki, belə ikiüzlülüyü bacarsaydım indi qürbətdə deyil, vətənimdə çoxdan ən məsul vəzifə tutardım...
Mən ölkə rəhbərinin gördüyü üç mühüm xidmətini son nəfəsimə kimi unutmaram, həmişə təqdir və təbliğ edəcəm.
1. Prezidentin Vətən Müharibəsidə əldə etdiyi misilsiz tarixi qələbəsin və bu qələbədə bütün işğalda olan ərazilərimizin azad etməsi,
2. Xankəndində 200 il davam edən hay terror yuvasın məhv edilib şəhərə Azərbaycan bayrağın sancması,
3. 1600 ildən çox millətimizin adət-ənənəsinə yad olan INSEST xəstəliyin rəsmən qadağan etməsidir.
Bu qərar Qarabağın işğaldan azad edilməsi qədər mühüm, cəsarətli və vacib qərar idi.
Ölkə Rəhbəri bu qərarla 1600 ildən çox millətimiz arasında höküm sürən INSEST (Bacı-qardaş evliliyi) xəstəliyinə son verdi.
Bundan sonra bacı-qardaşlar- xala, xalaqızı, əmi, əmiqızı, dayı, dayıqızı, mama mamaqızı və digər ən yaxın qan qohumları arasında cinsi münasibətlərə son verildi.
Siz elə güman etməyinki bu asan qərar idi. Hələdə bir çox müsəlman ölkələri buna qarşı açıq və gizli müqamət göstərməkdə davam edirlər...
Ancaq heç bir dini təssüfkeşlik minillər boyu formalaşmış türkçülüyümüzü üstələyə bilməz. Türklərdə heç vaxt bacı-qardaş, çoxarvadlılıq adəti olmayıb.
Azərbaycanda nöqsanlar isə daha çoxdur.
Onlardan ən başlıcası dövlət dilinə hər yerdə sayğısızlıq, rusdilli azərbaycanlılara hakimiyyətdə geniş yer verilməsi, milli kadırların sıxışdırılması, eləcə də ölkədə uşaqların uşaqpulundan, pulsuz bağçalardan və digər sosial yardımlardan məhrum olmaları ilə bağlı mütləq gələcəkdə geniş söhbət açacam...Bu ürək parçalayan mövzudur.
Keçək başqa bir mövzuya...
Bu gün Azərbaycanda və eləcədə mətbuatda, sosial şəbəkələrdə kiminsə xoşuna gəlmək, ondan fayda qazanmaq və ya rəğbət əldə etmək üçün ya kimisə yıxıb sürüyürlər, yada layiq olmayan birini göylərə qaldırırlar...
Belə mövzulardan biri də illərdi mətbuatda davam edən akademik Cəlal Əliyev və Mir Şahin Ağayev qovğasıdır.
Mən bu qovğaya kənardan subyektiv fikrimi bildirmək istəyirəm. Şəhidlərimizin ruhuna and içirəm ki, qərəzsiz bildiklərimi və şahidi olduğum hadisələri yazacam.
Öncə gəlin görək Cəlal Əliyev və Mir Şahin Ağayev kimidirlər?...
Bu rəsmi statistikadır
Cəlal Əliyev — azərbaycanlı bioloq-alim, akademik və siyasətçi olub. Naxçıvan doğumludur. Əsasən bitki fiziologiyası, fotosintez və buğda seleksiyası sahəsində çalışıb. Azərbaycan biologiya elminin inkişafında böyük rolu olub və yüzlərlə elmi məqalə, kitab müəllifidir.
Mir Şahin Ağayev — tanınmış azərbaycanlı jurnalist, teleaparıcı və media rəhbəridir. Azərbaycanın cənub bölgəsində doğulub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Mir Şahin Ağayev şəxsən tanımıram, canlı olaraq görməmişəm. Mən Azərbaycanı 1990-cı ilin may ayında tərk etmişəm, həmin illər belə bir imzaya rat gəlməmişdim.
Buda mənim subyektiv fikirləridir...
Cəlal Əliyev:
- Akademik Cəlal Əliyev tələbəliyimin son illərindən və Milli Azadlıq Hərəkatının ilk günlərindən tanıyıram.
Tələbə vaxtı fotoqfiya ilə məşğul olduğum üçün, tez-tez Akademiyada, elmi instutlardada olardım, bir neçə elm adamı ilə şəxsi dostluğum vardı.
Bəzi alimlərin ad günlərində, yubiley tədbirlərində, ailə məclislərində şəxsən iştirak edər, çəkliş aparardım. Akademiklər- Ziya Bünyadovla, Budaq Budaqovla doğma münadibətlərim vardı...
Belə əlaqələrdən akademik Cəlal Əliyevi uzaqdan yaxından tanıyırdım.
Mən onu insafsız, böyük-kiçik həddi gözləmədən istədiyi, xoşu gəlmədiyi adamı küçə ifadələri ilə təhqir edən, lazım bilərsə hər bir rəqibinə qarşı qəti addım atan birisi kimi xarakterizə edərdim. Onun bir sözünü iki edən olardı əbədi düşməni.
Unudulmaz xatirələr...
Yaxşı xatırlayıram akademik Andrey Saxarov 1988-ilin son ayları olardı Bakıya gəlmişdi.
Bu elə bir dövr indiki Qarabağ münaqişəsi getdikcə alovlanırdı. Akademiyada Azərbaycan alimləri ilə görüş keçirirdilər. Saxarov özü ilə Qalina Starovoytova adlı bir küçə mədəniyyətli qadın və bir neçə digər "insan haqları müdafiəçiləri" olan arvadlar ilə bizim akademiklərimizi qoz qabığına soxmuşdular.
Saxarov hər dəfə Azərbaycana Mixail Qorbaçovun xahişi ilə gəldiyin qeyd edərkən, bizim akademiklər içi Cəlal Əliyev qarışıq sürəkli alqışlayırdılar.
Baxmayaraqkı açıq-açığına Saxarov və Starovoytova Dağlıq Qarabağ məsələsi ilə bağlı separatçıları müdafiə etsələrdə, onlara qarşı bir-iki gənc alimlər istisna olmaqla bir nəfər olsun Azərbaycan akademiklərindən səs çıxardan yox idi. Hələ Saxarovu müdafiə edənlərimizdə vardı.. Rəhmətliklərin adını çəkmirəm...
Zavallı siyasi impotent alimlərimiz...
Aman Allah necədə məzlum bir mənzərə idi...
Öz vətənində, öz elində-olanda bizim akademiklərin simasında nəqədər yazıqlıq və yaltaqlıq sezmək olardı...
Moskvadan gəlmiş 3,4 çaqqal alim, bizim alimlərimizi qoyun sürüsünə döndərib istədikləri kimi idarə edirdilər...
Bu zaman içəri gözlənilmədən akademik Ziya Bünyadov daxil oldu.
Sankı Moskvadan gəlmiş çaqqal sürücünün içinə bir yalquzaq canava daxil oldu...
Ziya Bünyadov bu çaqqal sürüsünə dediyi ifadələri bura yaza bilmirəm... Sadəcə ruhun önündə diz çökərək baş əyirəm. Nə yaxşıkı millətimin həmişə Ziya Bünyadov kimi oğulları olub...
Bax bu görüşdə iştirak edən nə Cəlal Əliyevdən, nədə onun həmişə yanında, yörəsində olan dəstə üzvlərindən səs çıxmadı...
Akademik Cəlal Əliyevin hayı-küyü, gücü, yalnız mərhumun Prezident Heydər Əliyevin qardaşı olmasındaydı.
Rəhmətlik Heydər Əliyev görüşlərin birində öz qatdaşı Cəlal Əliyevi öhdəsindən gələ bilmədiyini etiraf etmişdi...
Çünki qəddar Cəlal Əliyevdən fərqli olaraq, Heydər Əliyevin, Həsən Əliyev kimi neçə-neçə kimsəsizə, arxasıza, gənc alimlərə arxa duran, mərhəmətli, humanist qardaşıda vardı.
Bundan əlavə rəhmətlik Heydər Əliyevin, mərhum həyat yoldaşı Zərifə Əliyevanın da, içtimayı və humanist fəaliyyətindən söhbət açsaq, onda ayrıca bir kitab yazmalı olarıq. Sovet vaxtı rəhbərlərin xanımları barədə yazmaq olmazı və adətən onlar evdar həyat sürürdülər. Zərifə Xanım isə həmin sovet dönəmində etdiyi yaxşılıqlara görə xalqdan qeyri-rəsmi "El Anası" statusu qazanmışdır.
Ümumiyyətlə əliyevlər siləsi ilə bağlı burada bir haşıyə çıxıb qeyd etmək istəyirəm ki, 1980-ci illərin sonları olardı...
Bir dəfə məşhur müğənnimiz Flora Kərimova məni Azdramada keçirilən Radio gününə dəvət etdi. Fotokameranı götürüb oraya yollandım. Artıq rəsmi hissə bitmişdi və artistlər konsertə hazırlaşırdılar.
Səhnə arxasına keçdim ki, Flora xanımı görəm. Baxdım ki, kənarda dayanıb, “Dan ulduzu” ansamblının rəhbəri, məşhur pianoçumuz Gülarə Əliyevanın qoluna girib. Hər ikisi ayaq üstə, bir azca bikef dayanmışdılar. Dərhal yaxınlaşıb hər ikisinə ehtiram göstərdim, əllərindən öpdüm. Stul tapıb gətirdim ki, otursunlar.
Gülarə xanım işlərimlə maraqlandı. Axı institutda təhsil alanda onun həyat yoldaşı Adil Adilovla ata-oğul münasibətimiz olub. Mən bu ailənin xoş günlərini, mərasimlərini çəkmişəm. Gülarə xanım insanlığın, mərhəmətin rəmzi idi rəhmətlik. Həmin vaxtlar məlum hadisələrlə bağlı əliyevlər ailəsinə münasibət dəyişdiyi üçün əksər müğənnilər Gülarə xanımdan uzaq dayanmağa çalışdığı halda, Flora xanım çox zaman onun yanında olardı. İndi bəzən Flora Kərimovanıda sosial şəbəkələrdə söyürlər...
Bir sözlə akademik Cəlal Əliyev, əliyevlər ailəsinə göydən düşmüş bir bəla idi...
Mir Şahin Ağayev:
- Mir Şahin Ağayev Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş və 1990-cı illərdə Qarabağ müharibəsi zamanı cəbhənin ən qaynar nöqtələrindən hazırladığı reportajlarla geniş tanınıb. O, Azərbaycan jurnalistikasında özünəməxsus dəsti-xətti olan tək-tək peşəkar jurnalistdir. Onun bir çox tanınmış şəxsiyyətlərdən götürdüyü peşəkar müsahibələr dayıma maraqlı olaraq qalır.
Mir Şahin Ağayev ANS kimi neçə-neçə peşəkar jurnalist yetişdirmiş telekompaniyanın yaradıcılarından biri olmuşdur.
Həmin telekompaniyanın iki əməkdaşı olmuş jurnalistlər- Afət Telmanqızı və Ləman Ələşrəfqızını şəxsən tanıyıram.
Hər ikisində vicdanlı jurnalist, ədalətli insan, yurd təəssübkeşləri olan qayğıkeş ana və gözəl ailə xanımları kimi tanıyıram. Və elə hər iki jurnalist xanımların tərbiyəsindən ANS telekanalının və onun əməkdaşları barədə fikir yürütməyə imkan verir...
Sonunda sizlərə bir neçə sualla müraciət etmək istərdim. Əlinizi vicdanınız üstünə qoyub Allah eşqinə səmmi cavab verin:
1. Mir Şahin Ağayev kimisə güya vəzifəyə qoymaq adı ilə kiməsə küllü miqdarda pul atıb?
2. Mir Şahin Ağayev onun maşınım park yerində icazəsiz park edən əməkdaşın tutdurubmu?
3. Mir Şahin Ağayev oğlu yaşında hansısa bir gənci küçə sözləri ilə təhqir edibmi?
4. Mir Şahin Ağayev nəqədər insanın çörəyin haram edib, ailələrin bədbəxt edib?
Bu sualları laf uzadada bilərəm, fəqət uzatmıram. Son sualımı verib bununla da yazıya son verirəm.
Siz haradasa, açıq-açığına, Mir Şahin Ağayevin Qarabağ camatına patoloji nifrət etdiyini deməsini eşitdinizmi?
Unutmakı vicdanı itirdikdə hər şeyi itirmiş olursan...
Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.



0 Yorumlar