Daxil İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında rabitə və AİS xidməti sahəsində özünəməxsus öz dəsti - xətti olan, peşəkarlığı, vətənpərvərliyi, sadəliyi, insanpərvərliyi, səmimiyyəti və daxili qoşunlarda səmərəli fəaliyyəti ilə seçilən, ehtiyatda olan mayor Dadayev Bəhruz Nazim oğlunun may ayının 1 - də dünya göz açdığı xoş bir gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan mayor Bəhruz Dadayevi doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edirlər. Bəhruz hər yeni yaşınız sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Dadayev Bəhruz Nazim oğlu 1983-cü illin may ayının 1 -də Lənkəran şəhərində zəhmətke bir ailədə
anadan olub.
2000 - ci ildə, Bakı şəhər Hövsan qəsəbəsində orta məktəbi, 2003- ci ildə isə Azərbaycan Neft Akademiyasını bitrib.O Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim- metodiki toplanışlarda, xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
2004-2005-ci illərdə Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
2005-2021 - ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hissələrində və Daxili Qoşunların Baş İdarəsində, 2022-2024-cü illərdə isə Azərbaycan ordusunda müxtəlif vəzifələrdə Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.
Dadayev Bəhruz Nazim oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara səxsi nümunə olub.
Mayor Bəhruz Dadayev həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan zəhmətkeş zabit olub.
Qanunvericiliklə müəyyən edilmiş qaydada DİN-in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində,qəzalar, yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində və dövlətin ərazi bütövlüyünün təmin olunmasında, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə mayor Dadayev Bəhruz Nazim oğlu Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri iIə əlaçı və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə, xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə mayor Bəhruz Nazim oğlu Dadayev aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə;
2."Qüsursuz xidmətə görə" 3 -cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə
- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
Hərbi yoldaşları Bəhruz Dadayevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN BƏHRUZ.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri vetranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev





0 Yorumlar