1. İctimai yerlərdə siqaret çəkmək
Belə ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunda tütün (siqaret çəkmə, papiros və s.) çəkilməsinə icazə verilməyən yerlər dəqiq göstərilmişdir. Qanunvericilikdə küçədə siqaret çəkilməsi ilə bağlı heç bir qadağa yoxdur. Əgər sizi küçədə siqaret çəkdiyinizə görə cərimə ediblərsə,öz hüquqlarınızı qorumaq üçün hüquq mühafizə orqanlarna müraciət edə bilərsiniz
2.Acıq havada siqaret çəkməyin cəriməsi varmı?
Xeyr, İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən qanunla qadağan olunan yerlərdə tütün çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.
3.Siqaret çəkmək haqqında qanun nə deyir ?
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun 10-cu maddəsinə əsasən, siqaret çəkmək aşağıdakı yerlərdə qadağandır:
–təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
–tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;
–idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;
-restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
-ticarət obyektlərində;
-məişət obyektlərində;
-teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
-uşaq meydançalarında;
-yerüstü qapalı və yeraltı piyada keçidlərində;
avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;
–metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;
-dəmiryolu qatarlarında, hava və su nəqliyyatı vasitələrində;
-hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;
-liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
-taksafonlarda;
–yanacaqdoldurma məntəqələrində,
–sosial xidmət müəssisələrində;(qocalar evi, uşaq evi və.s)
–yerləşdirmə vasitələrində;(otellər, pansiyonlar, kamplar və.s)
-mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.
4. Siqaret cərimə
İnzibati Xətalar Məcəllənin 212.4-ci maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 300 manat məbləğində cərimə nəzərdə tutulur. Yəni, burda siqaret kötüyünün yerə atılmasına görə cərimə nəzərdə tutulur.
5. Siqaret çəkməyin cəriməsindən şikayət
Küçədə siqaret çəkməyin cəriməsi yoxdur. Əgər sizi küçədə siqaret çəkdiyinizə görə əsassız olaraq siqaret kötüyünü yerə atmağınızı bildirərək 300 manat cərimə ediblərsə,öz hüquqlarınızı qorumaq üçün şikayət ərizəsi ilə məhkəməyə müraciət edin.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



0 Yorumlar