Unudulmaz və xatirələrdə yaşayacaq Şəhid gizir Vaqif Sərdar oğlu Alıyev 1966-cı il mayın 28-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub.



 1984-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarnda müxtəlif vəzifələrdə xidmət edib.



 1992-1993-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarnın Gəncə şəhərində yerləşən hərbi hissədə müxtəlif vəzifələrdə xidmət etib. 



O, 1993-cü il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşmüşdür.

 

Ağdərə rayonunun Sırxavənd kəndində qalıqları aşkar edilən birinci Qarabağ müharibəsində itkin düşmüş Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Gəncə şəhərində xidmət etmiş şəhid gizir Alıyev Vaqif Sərdar oğlu 2024-cü ilin sentyabr ayının 24-də Gəncə şəhər Şəhidlər xiyabanda dəfn edilib.



Xatırladaq kı, Şəhid Vaqif Alıyevin həyat yoldaşı gizir Almaz Həsənova uzun müddət Daxili İşlər Nazirliyi Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissədə müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib.



 Unudulmaz və xatirələrdə yaşayacaq Şəhid gizir Vaqif Alıyevə Allah rəhmət eləsin.



Dərin hörmətlə və ehtiramla: Polkovnik Salman Musayev