Unudulmaz və xatirələrdə yaşayan mayor Məmmədov Məmməd Şamil oğlu vətənpərvər, yurdsevər, xeyirxah , dürüst, sözübütov, qayğıkeş şəxs olmaqla yanaşı, böyük nüfuz və hörmət sahibi idi.
Xatırladaq kı, Məmmədov Məmməd Şamil oğlu 10 mart 1957-ci ildə Başkeçid (indiki Gürcüstan Respublikasının Dumanıs) rayonunun Hüseyinkənd kəndində zəhmətkeş bir ailədə anadan olmuşdu.
1964-cü ildə Dumanis rayonun Hüseynkənd orta məktəbiin birinci sinfinə getmiş,1967-ci ildən isə Dumanısi şəhər 2 saylı orta məktəbində oxumuş və həmin məktəbi 1974-cü ildə bitirmişdir.
1975-1977-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Hərbi xidmətdən təxris olunduqdan sonra 1982-ci ildə M.F.Axundov Azərbaycan -Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir.
1982-1983-cü illərdə Dumanis rayonundakı Qarabulaq kəndində müəllim işləmişdir.
1983-1984-ce illərdə Dumanis rayon komsomol komitəsində çalışmışdır.
1985-1989-cu illərdə Dumanis rayonundakı 147 saylı texniki peşə məktəbində direktor müavini vəzifəsində işləmişdir.
1990-cı ildə Azərbaycan Respublikasının Şamaxı rayonuna gəlmiş və həmin ildən 1993-cü ilə qədər Şamaxı rayonundakı Qızmeydan (əvvəlki adı Astraxanka) kənd orta məktəbində müəllim işləmişdir.
1994-1996-cı illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışmış, 1997-2003-cü illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Təşkilat Komplektləşdirmə şöbəsində baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir
İşlədiyi illər ərzində ona tapşırılan vəzifələri ədalətlə yerinə yetirdiyinə və Daxili Qoşunlarda qüsursuz səmərəli fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlarla, diplomları və qiymətli hədiyyələrlə təltif olunmuşdu.
Məmməd Şamil oğlu Məmədov ömür-gün yoldaşıyla birlikdə iki (bir oğlan və bir qız) övlad böyüdüb boya-başa çatdırmışdı. Oğlu ehtiyatda olan baş- leytenat Şamil Məmmədovda Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında atasının yolunu davam etdirmişdir.
Təmiz əqidəli, köklü nəslin nümayəndəsi olan mayor Məmmədov Məmməd Şamil oğlu 10 mart 2022-ci ildə 64 yaşında Bakı şəhərində vəfat edib.
Həyatı ilə gənc nəslə nümunə olan Məmməd Məmmədov doğma yurdumuzun işğaldan azad olunduğu günü görərkən sonsuz dərəcədə sevinmişdi.
Sadə, mehriban, təəssübkeş və qayğıkeş insan mayor Məmməd Şamil oğlu Məmmədovun əziz xatirəsi doğmalarının və onu tanıyan dostlarının və iş yoldaşlarının qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikasının Silahlı qüvvələri vetranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev








0 Yorumlar