Ömrünün önəmli bir hissəsini ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidmət yolunu  SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı milis dəstəsində, Azərbaycan milli qvardiyasında  və Ədiliyyə Nazirliyinin  mühafizə alayında hərbi və polis xidmətlərinə  həsr edən   yüksək intellektual  səviyyəsi və idarəçilik qabiliyyəti ilə, eləcə  də insanlara qarşı xeyirxahlığı, qayğıkeşliyi, sadəliyi , diqqətciliyi və  mehribanlığı ilə seçilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB-in)  sədrinin  Beynəlxalq məsələləri üzrə müavini- AVMVİB- in  Nəsimi rayon şöbəsinin sədri, Azərbaycan  Respublikası Beynəlmiləlçi  Əlil Döyüşçülər   Fondun fəxri üzvü, Azərbaycan Bayrağı Ordenli  - istefada olan polkovnik Hüseynov Elmar Knyaz oğlunun  aprel ayının  30 - da  dünyaya göz acdığı  xoş bir gündür.

  Daimi həyatın bütün  imtahanlarından alnıaçıq və üzüağ çıxan  istefada olan polkovnik Hüseynov Elmar Knyaz oğlunu doğum günü münasibətilə doğmaları, əzizləri  yaxınları və BMTV info  saytının kollektivi səmimi qəlbdən təbrik edir və  ona xoş arzularını bildir.

Biz də   Daxili  İşlər Nazirliyinin (DİN-in)  zabitlər birliyinin üzvləri,  DİN-in Daxili Qoşunlarının,  Ədliyyə  Nazirliyinin konvoy  mühafizə alayının ehtiyatda  və istefada olan zabitləri   hörmətli  veteranmız polkovnik  Elmar  Hüseynovu doğum günü münasibətilə səmimi- qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edirlər. Elmar müəllim qoy  yaşınızın üstə gələn bu  yeni yaşda  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni illiniz isə ötən illərdən daha gözəl istəklərnizə uyğun sizə xoşbəxt edəcək şəkildə keçsin.

     

Polkovnik Hüseynov Elmar  Knyaz oğlu  1958 -ci ilin  aprel ayının  30 -da  Azərbaycan Respublikasının  Daşkəsən  rayonunda  zəhmətkeş  bir ailədə anadan olub.

   1975 -ci  Daşkəsən şəhər  Səməd Vurğun adına  4 saylı  orta məktəbi,  1979-cu ildə  SSRİ Daxili İşlər Nazirliyin Daxili Qoşunların Tiflis şəhərində yerləşən  tədris alayında  bölüyün baş cavuşu və taqım komandiri  kursunu,  1983 - cü ildə  SSRİ Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının  LKGİ- nin 60 -iliyi adına Leninqrad        ( indiki Sankt-Peterburq) Ali Hərbi Siyasi məktəbi,  1998-ci ildə  Naxçıvan Dövlət Universitetini, 2001-ci ildə   isə ABŞ, Luiziana  Ştatı  Üniversitetinin Böhranı İdarəetmə  və Antitteror kurslarını bitirib. O, SSRİ və  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi  illər ərzində Daxili Qoşunların  Gürcüstan Respublikasının  Ksani rayonunda,  Tiflis və Rustavi  şəhərlərində, Azərbaycan Respublikasının isə Bakı  şəhərində yerləşən divziyalarında və hərbi hissələrində keçiriilən təlim -metodiki toplanışlarda,kamando- qərargah məşqlərində,  müvafiq kurslarda,hərbi və xüsusi- taktiki təlimlərdə, nümnəvi göstərici  məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.

1976- 1978- ci illərdə  SSRİ Daxili İşlər  Nazirliyi Daxili Qoşunlarının   Gürcüstan və Azərbaycan    Respublikalarında yerləşən diviziyaların konvoy- mühafizə alayında  rabitə stansiya qrupun rəisi, bölüyün başcavuşu, taqım komandiri,böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri və tabor komandirinin  müavini-tabor  qərargahının rəisi vəzifələrində olub. 

 1990 - 1992- ci illərdə  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı milis dəstəsində  bölük komandiri,1993- 1994 -cü illərdə Azərbaycan Respubilkası Milli Qvardiyasında  alay komandiri və   milli qvardiya komandanın müavini, 1994- 2005 -ci illərdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensianar  Xidmətinin Mühafizə Alayında qərargah rəisinin  döyüş xidməti üzrə müavini və Alay komandiri vəzifəsində   xidmət edıb.

 1990- 1993 -cü illərdə Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda  ( Xocalı, Laçın , Qubadlı, Ağdərə, Ağdam, Şuşa, Goronboy və Göygöl rayonları istiqamətində) gedən döyüşlərdə  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

 1990 - cı ilin noyabr ayında  Şuşa şəhərində Xocalı hava limanın qorunmasında,   1991- ci illin aprel və may aylarınında  isə Xanlar  (Göygöl) rayonun Caykənd, Qarabulaq, Kamo, Azad ( Yen Zod), Goronboy rayonunun isə Todan, Erkec, Mənəşli,  Buzlaq kəndlərinin ermənlərdən təmizlənməsində polkovnik Elmar Hüseynovun  xüsusi rolu olub.

 Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və döyüş xidməti nizamnamələrin tələblərinin ,əmr və sərancamların dəqiq və sözsuz yerinə yetirilməsi işində tabeliyindəkilər üçün nümunə olmuşdur.

 Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, Xüsusi Təyinatlı Milis Dəstəsində,  Azərbaycan  Milli Qvardiyasında və Ədiliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayında xidmət etdiyi illər ərzində  özünü, vətənpərvər, qorxmaz , insanpərvər, səxavətli, əliaçıq, işgüzar, yüksək intellektual səviyyəli   zabit kimi göstərmişdir. 

Polkovnik Elmar Kinyaz  oğlu Hüseynov istər  orta və ali təhsil müəssisələrində təhsil aldığı  illərdə , istərsə də  xidmət etdiyi  və işlədiyi  kollektivlərdə və ictimai təşkilatlarda (AVMVİB-nin  Nəsmi rayon şöbəsinin sədri kimi), dost- tanış, qohum- əqrəba, şəhid ailələri və müharibə veteranları  arasında özünə layiq hörmət qazanmışdır

Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına,Milli Qvardiyaya və Ədiliyyə Nazirliyinin Konvoy -Mühafizə Alayaına həvalə olunmuş vəzifə və  tapşrıqların  yerinə yetirilməsində, dövlət əhmiyətli obyektlərin, cəzacəkmə müəssisələrin, inzibati binaların və hərbi təchizat anbarların mühafuzə olunmaslnda, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,  yaşayış məntəqələrində  və cəzaçəkmə müəssisələrində  kütləvi  iğtişaşların qarşısının alınmasında,  cinaətkarlığa qarşı mübarizənin təşkilində,  axtarışda olan şəxslərin   tutulmasında  və zərərsizləşdirilməsində, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər  və başqa fövqəladə hallar, habelə fövqaladə  fövqalədə  vəziyyət   və komendant saatı zamanı hüquqi rejim və karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə  gəlmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranlar  İctimai Birliyinin xətti ilə  nümayəndə heyətinin rəhbəri kimi bir sıra xarici ölkələrdə  işgüzar səfərdə olmuşdur.

  Hərbi və  ictimai vəzifələrinin icrası zamanı yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə  SSRİ  və Azərbaycan  Daxili İşlər  Nazirlərinin, Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin,  Ədiliyyə Nazir və onun müavinlərinin (Pentesianar xidmət rəisinin), diviziya   və hərbi hissə komandirlərinin, Alı hərbi məktəb rəisinin,  Xüsusi təyinatlı milis  dəstə komandirinin, Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müvafiq əmrləri ilə, əla xidmətlərə görə ( “ Din əlacı” , “ Daxili Qoşunların isə 1-ci və 2- ci dərəcəli”  döş,   yubiley və müvafiq idman dərəcəsi döş nisanları ilə, dəfələrlə fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

44 günlük Vətən Müharibəs zamanı  vətəndaşlıq borcunu layiqincə yerinə yetirdiyinə, Azərbaycan Ordusuna  döstərdiyi  maddi və mənəvi dəstəyə görə Azərbaycan Ordusunun baş Qərargah rəisinin,  Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən  korpus və hərbi hissə  komandirlərinin müvafiq əmrləri ilə  fərmanla təltif olunub.

 Hərbi və ictimai vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə aşağıdakı medallarla təltif olunub:

1.“Azərbayca  Respubilkası Silahlı Qüvvələrinin 70- illiyi ( 1918-1988)” yubiley medalı ilə;  

2.“Qüsrsuz xidmtə görə”  1-ci dərəcəli medal-Sillahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

3. “Qüsursuz xidmətə görə”  2-ci  dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

4. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal- Sillahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

5. “Daxili İşlər Nazirliyinin   Daxili Qoşunların  Sankt-peterburq Hərbi İnstitutunun (məktəbin)  yaranmasının  70 -illiyi medalı ilə;

 Elmar Hüseynov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  Nəsimi rayon şöbə sədrinin vəzifələrini yernə yetirərkən fəriqləndiyinə görə,AVMVİB-nin və digər təşkilat sədirlərinin  təsis etdiyi aşağdakı medalar ilə  təltif edlib:

1.“Böyük Zəfər” medala;

 2. “Müharibə Veteranı” medalı ilə;

3. “AVMVİB-in  yaranmasının 25 illiyi (1994-2019)” yubiley  medalı ilə;

4. “Azərbaycan Respublikası Milli Ordusunun 100 -illiyi (1918-2018)”  yubiley medalı ilə,

5. “Fədai” medalı ilə;

6. “Qazaxıstan Respublikası Veteranlarının Abay xatirə” medalı ilə.

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyün qorunub saxlanılmasında,  hərbi hissəyə həvalə edilmiş vəzifələri yerinə yetirilməsində xüsusi xidmətlərinə görə  Azərbaycan Respublikası Prezidentinin   1999 -cu il tarixli  12 yanvar sərancamı ilə  polkovnik  Elmar Hüseynov  Azərbaycan Respubilkasının “Azərbaycan  Bayrağı” ordeni ilə təltif  edilib.

ELMAR MÜƏLLİM  DOĞUM GÜNÜN MÜBARƏK OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

100 YAŞA, SAĞLAM YAŞA.

Azərbaycan  Respublikasının Silahlı qüvvələri vetranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev