Bu konteksdə fikirlərimizi aydınlaşdırmazdan öncə qeyd edim ki , illərdir mülkü və hərbi təqaüdçülərmizin təqaüd təminatlarının səhv hesablanması və hesablarında olan məbləqlərinin bir neçə qisminin tutulmaları barəsində silsilə xəbərlər və məlumatlar Kütləvi Ínformasiya Vasitələrində və sosial şəbəkələrdə gündəmi zəbt edibdir. Dəyərli həmkarım ,yaşa görə hərbi təqaüdçü ehtiyatda olan polkovnik/Leytenant Fərman Hacıyev də belə bir ziddiyyətdoğuran halla qarşılaşmışdır.Belə ki, ötən ildən etibarən Əhalinin Sosial Müdafiə Föndü tərəfindən onun təqaüdünün düzgün hesablanmadığı haqqında xəbërdarlıq edilmiş və ötən ildən etibarən hesabından müəyyən məbləqdə tutulmalar olmuşdur.Qarşılaşdığı bu problemlə bağlı narahatçılıq keçirən həmkarım Fərman müəllim mənimlə telofon əlaqəsi yaratmışdır, düşdüyü bu durum və məsələnin ədalətli həlli yönündə birgə səmərəli fikir mübadiləsi aparmışdıq...Íşin mahiyyətilə daha yaxından tanış olduqdan sonra müəyyən etdik ki,həmkarım Fərman müəllim yaşa görə təqaüdə çıxarkən ,ali təhsil müddəti haqlı olaraq mülkü iş stajına hesablanmışdır, lakin ,bu məsələ hazırkı yeni qanunvericiliyin tələbinə uyğun deyil,güya üvvədən düşmüş hesab edilir...Bütün bunlara rəğmən, bu yerdə hər ikimizin hüquq təhsilimiz yardımımıza yetdi:Azərbaycan Respublikasının Konstitudiyssının149 -cu maddəsinin 7-ci bəndinin (-yeni qəbul edilmiş Qanunun vətəndaşın mənafeyinə ağırlaşdırıcı halda geriyə qüvvəsinin olmadığını ) və eyni zamanda Nazirlər Kabinetinin 631 saylı " Hərbi Qulluqçuların Pensiya Təminatı" haqqında Qərarının(-Ali təhsil müddətinin vətəndaşların, hərbçilərin iş stajına hesablanması) normalarını əsas götürərək aidiyyəti üzrə Bakı Ínzibati Məhkəməsinə müraciət edilmişdir.17 aprel 2026 -cı il tarixdə təkrar keçirilən Məhkəmə Prossesi zamanı Məhkəmənin müvafiq Qətnaməsilə həmkarımız Fərman Hacıyevin iddiası (təqaüd hesabından haqsız tutulmuş məbləqlərin tam qaytarılması)təmin edilmişdir.Bu ədalətli Prinsipin ədalətlə yerinə yetirilməsində, müstəqil Dövlətimizin üç əsas dayaq hissəsindən biri olan müstəqil Məhkəmə hakimiyyətinin vicdanlı Hakimi cənab Orxan Həsənzadəyə dərin sayğılarmızı və ehtiramımızı bildiririk.Dəyərli həmkarımız,müharbə veteranı Fərman müəllimi hüquqlarnın bərpası münasibətilə təbrik edirəm....Qoy, ədalət yerüzündə belə zəfər çalsın!

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, "Qızıl Qələm "Media mükafatı laueratı, Müharbə veteranı Mərdan Hüseynli.