Hörmətl Nazir Rüstəmov müəllim biz bilirik ki,sizin ad gününüz artıq qeyd olunub.

Amma bu 70 illik yubiley elə yaşdır ki,bir günə sığmaz.

Təbriklər davam edir bizdə bu xoş missiyanı bu gün yerinə yetirmək istədik.

Hörmətli Nazir müəllim, sizi AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynovun adından,həmdə AVMVİB nin Nəsimi rayon şöbəsinin üzvləri adından 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik.

 Sizin incəsənət sahəsində göstərdiyiniz uzunmüddətli və dəyərli fəaliyyətiniz, mədəniyyətimizin inkişafına verdiyiniz töhfələr yüksək qiymətə layiqdir.

Siz öz zəhmətiniz, peşəkarliginiz və sənətə olan sevginizlə hər zaman seçilmisiniz və ətrafdakılar üçün nümunə olmusunuz.

 Bu yolda qazandığınız uğurlar,yetisdirdiyniz dəyərlər və yaratdığınız sənət əsərləri xüsusi əhəmiyyət daşıyır. 

Teatr səhnəsinin zənginləsməsi və tamaşaçı auditoriyasının formalaşması istiqamətində dəyərli yol keçmisiniz. 

Səhnədə yaratdığınız obrazlar vasitəsilə xalqımızın tarixi, milli mənəvi dəyərləri və keçmişi yüksək peşəkarlıqla canlandırılmışdır.

 Müxtəlif tamaşalarda ifa etdiyiniz rollar Azərbaycan ədəbiyyatının və dramaturgiyasının ən dəyərli nümunələrinin yaşadılmasına xidmət etmişdir. 

Sizin sənət fəaliyyətiniz hər bir tamaşada milli irsimizin təbliği baxımından yüksək əhəmiyyət daşıyır .

Sizə möhkəm cansağlığı , uzun ömür  və fəaliyyətinizdə yeni -yeni uğurlar arzulayırıq.

 Gələcəkdə də Azərbaycan mədəniyyətinə dəyərli töhfələr verməyinizi arzu edirik.

 Sənət yolunuz daim uğurlu olsun. Yaradıcılıginiz daim işıqlı olsun


AVMVİB nin Nəsimi rayon şöbəsinin sədr müavini: Həşimov Namiq