Bu gün, 30 aprel, Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar və çevik hissələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaranma günüdür. 1999-cu il aprelin 30-da rəsmi olaraq yaradılan bu qüvvələr, qısa zamanda ordumuzun qürur mənbəyinə çevrilmiş, dövlətçiliyimizin qorunmasında və vətənimizin müdafiəsində mühüm rol oynamışdır.
Xüsusi Təyinatlılar təkcə döyüş meydanında deyil, vətənə sədaqət, peşəkarlıq və əzmkarlıq nümunələri ilə də seçilirlər. Onların qəhrəmanlığı 44 günlük Vətən müharibəsi zamanı bir daha öz təsdiqini tapdı. Düşmənin ən möhkəm müdafiə xəttini yararaq, bir sıra strateji yüksəklikləri və yaşayış məntəqələrini azad edən XTQ hərbi quluqcularl tarix yazdılar.
Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri və BMTV info saytının kollektivi Xüsusi Təyinatlı Qüvvələrin yaranma günü münasibətilə bu sahədə xidmət etmiş veteranlarımızı və hal -hazırda xidmət edən bütün hərbçiləri səmimi-qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, xidmətlərində və şəxsi həyatlarında uğurlar arzulayır. Şəhid XTQ döyüşçülərimizin əziz xatirəsi isə daim qəlbimizdə yaşayacaq.
Dərin hörmətlə və ehtiramla: Salman Musayev



0 Yorumlar