Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hospitalının həyatında özünəməxsus öz dəst-xətti olmuş, insanların sağlamlığını ləyaqətlə qorumuş, sədaqətli mütəxəssis, gözəl insan, qayğıkeş, cəfakeş və ali dərəcəli hakim, Azərbaycan Respublikasının müharibə veteranı və istefafda olmuş tibb xidməti mayoru Elman Sabir oğlu Mahmudov aprel ayının 25-də 56 yaşında dünyasını dəyişib.
Ailəsinin verdiyi məlumata görə, tibb xidməti mayoru Mahmudov Elman Sabir oğlunun 3 mərasimi Bakı şəhəri Xətai rayonu Keşlə qəsəbəsində yerləşən Sokar mərasimi evində keçiriləcək.
Mərasim saat 11:00-da başlayıb, 15.00 kimi davam edəcək.
Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabit və gizirləri, Daxili Qoşunların hərbi hospitalının rəhbərliyi və şəxsi heyəti tibb xidməti mayoru Elman Mahmudovun vəfatından kədərləndiyini bildirir,mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin, məkanı cənnət olsun!
Qeyd: Elman Mahmudovun oğlu Fərhadın əlaqə nömrəsi 055-900-08-27.
Böyük hörmətlə və ehtiramla: Salman Musayev



0 Yorumlar