Xatırladaq kı, polkovnik Məmmədov Rəcəbəli Əli oğlu 1949-cu ilin yanvar ayının 2-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda zəhmətkeş bir ailədə anadan olmuşdur .2023-cü ilin aprel ayının 24 - də vəfatat etmişdir.
Rəcəbəli Məmmədov Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd orta məktəbi, Azərbaycan Dövlət Neft -Kimya İnstitutunu, Sankit-Pet erburq ( Leniqrad) Dövlət Aqrar Metreologiya və standarlaşdırma Universitetini bitrmişdir. Öz ixtisası üzrə dərin biliklərə və elmi işlərə sahib olduğuna görə o, müvafiq elimi dərəcəyə malik idi.
Polkovnik Məmmədov Rəcəbəli Əli oğlu 1968 -1970-ci illərdə Sovet ordusunun Minski şəhərində yerləşən rabitə qoşunlarında müddətli həqiqi hərbi xidmətə olmuşdur.
Polkovnik Rəcəbəli Məmmədov 1997- ci ilin aprel ayında Türkiyə Cümhuriyyətinin Jandnarma Komandanın və Polis Akademiyasını dəvəti ilə, Polis Akademiyasının və Jandarma Qüvvələrinin fəaliyyəti ilə yaxindan tamiş olmaq məqsədilə Ankara, İstanbul, İzmir (Foce) şəhərlərində işguzar səfərdə olmuşdur.
R.Məmmədov 1972 – 1980 - ci illərdə. Ağac emalı mebel fabirikində müvafiq vəzifələrdə,1980-1992 ci illərdə isə Xırdalan şəhərində Tikinti-Təmir Quraşdırma İdarəsinin rəisi vəzifəsində işləmişdir.
Polkovnik Rəcəbəli Məmmədov 1993- cü ilin yanvar ayindan - 2004-cü ilin dekabr kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin ilk Təmir-Tikinti şöbəsinin rəisi , Daxili Qoşunlar Komandanın müavini- Təmir tikinti idarəsinin rəisi vəzifələrində Vəfənə və xalqa sədaqətlə xidmət etmişdir.
Polkovnik Rəcəbəli Əli oğlu Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli,xeyirxah, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respubikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi nizamnamələrin və digər hüquqi- nor mativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
R.Məmmədov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Azərbaycan Respublikasının müharibə veteranidi.
Rəcəbli Əli oğlu Məmmədov Azərbaycan Respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində kütləvi iğtşaşların qarşısının alınmasında, fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir .
Polkovnik Rəcəbəli Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində fərqləndiyinə və əla xidmətlərə görə bir sıra medallarlarla, əlacı və yubiley döş nişanları ilə, dəfələrlə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmış, ona mükafat qaydasında vaxtından əvvəl hərbi rütbələr verlilmiş və təşəkkür elan edilmişdir.
Azərbaycan Vətən Mü haribəsi Veteranları İctimai Birliyin (AVMVİB) Binəqədi rayon şöbəsinin üzvüidi.
Heyif ki, biz 2023-cü illin aprel ayının 24-də unudulmaz və xatirələrdə yaşayacaq polkovnik Rəcəbli Məmmədovu itirdik. Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.
Allah rəhmət eləsin!
Qəbri nurla dolsun!
Tanrı doğmalarını və yaxınlarını qorusun!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev











0 Yorumlar